Tramvay parka gedir
Gecə saat birTramvay parka gedir.Cingildəyir şüşələr.Boş vaqonda bilinir bu cingilti bu qədər.Gecə saat bir.Tramvay parka gedirLəngərlə.Bu ləngər bilinməzdi-Vaqon dolu olsaydı sərnişinlərlə.Uzundur parkın yolu,Küçələr sükut dolu.Relslərin calağında cıqqıldayır təkərlər.Elə bil bir nəhəngin dişlərini tökürlər.Gecə saat bir,Tramvay parka gedir.Məftillərdən od qopur şimşək çaxan sayağı.Məftillər fışıldayır qızıl ilan sayağı.Uzunsov lampoçkalar yanır-sönür arabir,Konduktor mürgü döyür...Tramvay parka gedir.
Konduktorun çənəsiBoynundakı çantanın qayışına toxunur.Yumulu gözlərindən hər şey açıq oxunur.Sürücü siqaretin kötüyünü sümürür,Yandakı pəncərədən-Qaranlığın üzünə bir parça köz üfürür.Yolda bir sərxoş durur dünyanın ağasıtək...– Xox... qorxub qaçacağam, kişidir bassın görək.Təkərlər xırhaxırla relsdə sürüşüb yanır.Konduktor məhəccərə çırpılaraq oynayır.Qaçır sürücüyə sarı:– Adam basdın?– Yox, ay qız!Heç iti-pişiyi də candan etmək yaramaz.Qorxdun?– Qolum əzildi yaman.– Can-can...Gecə saat bir,Tramvay parka gedir.Sürücünün saçından sürüşür qızın əli:– Baləli!– Can!
– Yorulmusan?– Az-maz.– Eybi yoxdur, münəvvər.Parka az qalıbdır, az.Parkacan özümüzü çatdırarıq birtəhər.– Gecə saat bir,Tramvay parka gedir.Gözətçilər bayırda hərdən fışqırıq çalır,Gözətçilər neyləsin sübhəcən oyaq qalır,Yuxu qovulsun gərək.Mürgü sovulsun gərək.– Baləli!– Can!– Gəl sabah ərizə yazaq, gəl çıxaq tramvaydan.– Bu fikir hardan düşdü ağlına, ay münəvvər?Necə yə’ni gəl çıxaq, gəl ərizə yazaq səhər?– Baləli, ayaqlarım tapdağa dözmür, inan.Səhər-axşam ürəyim hövl edir basabasdan...Sənə nə var, baləli, bircə yola baxırsan.Hay-küydən nə xəbərin, relslər üstə axırsan.– Deyirsən də, münəvvər.Yoldan fikrim yayınsa yüzünün qanı gedər.
Bu yandakı güzgüdənDalı da görürəm mən.Dala da baxıram mən.Gedə-gedə minirlər,Gedə-gedə düşürlər,Minəndə sürüşürlər,Düşəndə sürüşürlər,Hamıya cavabdehəm,Nə qəm...Ay dəli!Ay tramvay gözəli!Ay mənim konduktorum!Köhnə bayatılarla neçin özümü yorum?-Gecə saat bir,Tramvay parka gedir.– Deyirsən tramvayın səhər ataq daşını?Qız oğlanın çiyninə toxundurur başını.– Bəli.Baləli!Hansı işə deyirsən, hara deyirsən gedək.Lap qızıl mə’dəninə...Lap kömür mə’dəninə.
Gedək, amma, tən gedək,Vaqonda işıqlar sönür bu zaman...– Ay-hay,– Eh, bu cərəyan da vaxt tapdı yaman.Susur tramvay.Bir az gedir-gedir durur tramvay,“Parka yaxşı gəldik”, “Yaxşıca çatdıq”.“Yaxşıca dincəldik”, “Yaxşıca yatdıq”.– Düş, cərəyan gəlincə, gəzək bayırda bir az,Hava almaq pis olmaz.Gör bizim tramvaya nə yazılıb, münəvvər,“Komsomola hədiyyə!” əntiqədir bu sözlər.Hər vaqonun böyrünə yazılmayır belə şey.“Komsomola hədiyyə!” böyük şan-şöhrətdir ey!– Əlbəttə, çox böyükdür, buna nə söz, nə söbhət,Bu vaqonla işləmək səadətdir, səadət.Adamla dolu olur tramvay səhər-səhərİşə gedir camaat, işə gedir fəhlələr.Bir parası qızarır,Gözümdən yayınmağa bir künc-bucaq axtarır.– Bilet alın, - deyirəm, deyirəm, dayanıram.Bir parası ağarır.
Mən isə ağartmıram - susuram, inanıram...– Sərnişinlər də var ki... ay münəvvər, axı sən.Onların barəsində bəs niyə söz demirsən?Bir biletçin bir onluq ötürür əldən-ələGözünü qırpmır belə...Bəs niyə söyləmirsən: elə sərnişin də varBiletsiz düşmür yerə... keçir dayanacaqlar...Yoxsa sənin sözündən belə çıxır ki, dahaBir belə camaatın işi qalıb allaha.Bəlkə biri xəstədir, natəmizdir, cövhəri,Ömrünün illərindən çox sevir qəpikləri.Harda olsa qənimət axtaranlar da çoxdur.Hər bilet almayanın zənn etmə ki, cibindəÜç qəpik pulu yoxdur.Ölümə göz dikən var - ölüm olsa havayı,Onların nə vecinə hökumət tramvayı.Bilirəm inciyirsən səhərdən axşamadəkƏlli min cür adamla çənə-boğaz döyərək.İxtisara düşəcək onsuz da vəzifənizBütün konduktorları yığıb söyləyəcəklər:“Başqa işə keçin siz!”Gün gələcək bizi də yığacaqlar bir yerə,
Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.– Sürücülər, sizinlə qurtardıq, - deyəcəklər.– Relslərin hamısını çıxardıq, - deyəcəklərOnda biz də taparıq ayrı peşə, ayrı iş,Yol geniş, həyat geniş.Sənin yaşın iyirmi, mənimki iyirmi bir,Yelkən təzə açılır, gəmi təzə yellənir.Parkda bizi tanıyır, parkda bizi sevirlər,Yaxşı, çıxıb neyləyək, hara gedək münəvvər?Sən biləni başqa yer burdan rahatdır yə’ni?Yox, kurort zənn etməyək fabrik ilə mə’dəni.Üz-üzə gələcəksən insanlarla münəvvər,Hər yerdə, hər məkanda.Nə deyim, görəcəksən filan da, bəsməkan da...Xəttə cərəyan gəlir,Qaranlıqdan işığa çıxan gözlər qamaşır.Elektrik motoru elə bil donquldanır.Kiminləsə savaşır.Tramvay ağır-ağır öz yoluna düzəlir.– Yadındamı, baləli, qələm çəkdik hər şeyə.Göz yumduq hər gileyə.Eşqə, sədaqətə biz and içərək
Vurğunun, “Komsomol poeması”nınİlk sətirlərini xatırladantək:Ayazlı-şaxtalı bir qış səhəriİki yoldaş olub yola düzəldik.Nabələd-nabələd gəzib şəhəriAxırda tramvay parkına gəldik.Bizə yataqxana... bizə iş... hörmət...İnsanlıq... şirinlik... qayğı... hərarət...– Yaxşı ki, bunları sayırsan bir-bir...Ötür dayanacaqlar, tramvay parka gedir,Maşın tapa bilməyən sürücüyə əl edir,Tramvay parka gedir...– Mən bunları sayıram, mən bunları qanıram,Ancaq öz qərarımı yenə doğru sanıram.– Park bizə ev verəcək bu gün-sabah, münəvvər!– Parkda işləməyənlər küçədə yatır məgər?Tramvay bir dövrənin ətrafında dolanır.Çıxa bilməz kənara, gedə bilməz uzağa.Ömrün, həyatın yolu üfüqlərə uzanır.Bizə qol-qanad gərək üfüqləri... aşmağa,Üfüqün yolu çətin, üfüqün özü əlvan,Qoy bu son dövrə olsun, ayrılaq tramvaydan.
Üfüqün bir parçası harda yanır, baləli?Kəndimizin üstündə, yanırmı?– Yanır, bəli!– Bax, o həmin parçada niyə görünməyək biz?Tinlərin arasında tam sür’əti boğulanTramvayda nə üçün keçsin ilk gəncliyimiz?Səninlə bağlamışam arzumu-diləyimi.– Peşimansan?– Yox?Duymursan ürəyimi?Getməsən də, dözərəm.Boynumda pul çantası, əlimdə bilet topu.Tramvayda gəzərəm.– Münəvvər!Maaş günüdür səhərNəqd, halal.Gedək nə xoşlasan al.İkimizin qazancı üst-üstə xeyli tutur.Maaş günüdür səhər.Ağlayan bir uşağı konfet ovundurantəkBöyük də pul alanda hər ağrını unudur,Qız başını bulayır:
Çanta yana əyilir, pullar dağılır yerə.Diksinib cingiltidən geri baxır sürücü.Gözucu.Yenə dönür irəli,– Saxlayım?– Sür,Baləli, - sür!Parkın darvazasının işıqları görünür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-tramvay-parka-gedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
GəlmədiSəndən xəbər alım, ey badi-səba,Dilimin diləyi neçün gəlmədi.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm