başdaşıda yazı

Bir başdaşıda bir yazı!Ötəri görüb dayandım.Nə nazik söz deyir yazıFərqinə varıb dayandım:Uzaq səfərlər kapitanı.

Bəhriyyəli bir kapitanBaşdaşında donub qalıb,Yağış döyən, gün yandıranMedalyona dönüb qalıbUzaq səfərlər kapitanı.

Belə zülmət, belə ensizQəbrə necə sığır adam.Dəniz əngin, səma sonsuzGəmi sürür aram-aramUzaq səfərlər kapitanı.

Yelkən hara, kəfən haraQəbir nədir... qağayı nə?!Qayaları yara-yaraBaşdaşından baxır mənəUzaq səfərlər kapitanı.

Çox səfərdən ya tez, ya gecƏvvəl-axır döndü geri.Gətirmədi fikrinə heçSahillərsiz bu səfəriUzaq səfərlər kapitanı.

Bir qulağımda qurğuşun...Bir qulağımda dalğalar...Dalğa gəlir qoşun-qoşun,

Dalğalarda üzür məzar, -Uzaq səfərlər kapitanı.

Ürküsü yox, qorxusu yox,Yolda nə daş, nə burulğan...Çox asudə səfərdi... çox!..Üz sonsuz bir sonluğacan,Uzaq səfərlər kapitanı.

Soyuqdu torpağın üzüSəfər... səfər... adi səfər.Başdaşında həmin sözüYerində həkk edibdilər:Uzaq səfərlər kapitanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов