Vətən
Huşu başdan edən bir yaraşıqdan,Gözü qamaşdıran çılğın işıqdan,Düzlərin ən zərif çiçəklərindən,Dünyanın ən ləziz yeməklərindən,Günlərin bir günü bezərəm də mən,Bir xoş mənzərədən, bir xoş lövhədənSəhv edib aralı gəzərəm də mən.Torpaqdan, havadan, atəşdən, sudan,Bir də ki, çörəkdən bezəni göstər!Bir də ki, anadan, ana dilindən,Vətəndən aralı gəzəni göstər!Kimlərsə kimləri dinlər könülsüz,Kimlərsə kimlərdən döndərər də üz,Qardaş da qardaşdan gendə dayanar,Dostlar da arabir soyuq dolanar,Vətəndən vətənin övladı ancaqNə incik görünər, nə gen dayanar,
Əgər gen dayansa od tutub yanar.Biz “vətən” demişik Azərbaycana,Dünyanın kiçicik bir torpağınaBizə laylay çalıb qucağında o.Bizim yolumuzda boyanıb qana,Qundağımız dönüb al bayrağına.Vətən, Odlar yurdu, Odlar diyarı!Yox! təkrar saymıram bu nidaları.Nəbzin vurğuları təkrarmı məgər?Bir ahənglə vurur əsl ürəklər,Əsl ürəklərin sevdası - vətən!Arzu - diləklərin mə’nası - vətən!Vətən - vətənidir vətəndaşların,Mənim vətəndaşım qartal qanadlı...Gəlsin igidləri ana diyarınFərhad sədaqətli, fərhad inadlı.Gəlsin gəlinləri, gəlsin qızları,Gəlsin ağ biləkli zəhmətkeş əllər...Bayraqdarımızdır həcər gözəllər,Ruhumu oxşamaz hər nəğmə bəlkə.Bir nəğmə əbədi laylamdı mənim.Dünyada nə çoxdur qiyamət ölkə,
Bir ölkə müqəddəs dünyamdı mənim.Biz “vətən” demişik Azərbaycana,Biz bayraq etmişik bu şanlı adı,Vətəni tanıdan kimdir cahana,Namuslu-qeyrətli vətən övladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-veten-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Səhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
Dodaqları qurumuşDodaqları qurumuşSusuz bir torpağam mən,
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.