Heç vaxt boyanmamış qanaQarabağ bugünkü kimi.Bir baxın dağa-arana -Tanınmaz olmayıb heç vaxtAran-dağ bugünkü kimi,Heç kim görməmişdi yanaBu torpaq bugünkü kimi.

Bəsdi inlədin, qaboy!Bəsdi sızıldadın, dayan!Ah-naləni kənara qoy,Nə yasin - fatihə, filan?!Bu, bir deyil, bu, beş deyil,Bu, baş deyil, bu, leş deyil,Vətəni qoyaq tabuta?Sonra da ayaq üstündəDalaq bir anlıq sükuta?..

Bəsdir inildədin, qaboy,Qulaqlarım döyənəkdir,Şıdırğıdır bu qanlı toyDüşmən əlində avtomat...Səninkində dəyənəkdir...Xəyanətin barını dər.Xocalıya qəzəb göndər.Mən igidəm, əlim boşdur,Hara gedim bəs boş əllə?Yağıların qəlbi daşdır,Daş yumşalmaz bəmlə, zillə.Bizə silah gərək, qaboy,Çalma, bir iş görək, qaboy!Hanı xalqın sərkərdəsi,Hanı yurdun başbiləni?Sərkərdənin gəlsin səsi!Öldük eşitməkdən səni...Ərkim sənə çatır, qaboy,Çalma, nə’rəm batır, qaboy!

Üç gündən bir, beş gündən bir

Bu nə matəm havasıdır?BMT-dən səsim gəlir -Yox, bu millət işi deyil:Dava sərhəd davasıdır,Dava torpaq davasıdır,Namus, qeyrət davasıdır.Qüdsi qur’an davasıdırQara xaçla.Qədim turan davasıdırQara xaçla,Dayan, qaboy, asta fülə,Körükləmə, döndük külə...

Dörd dövrəmdə min bir qorxaq,Xalq ki, birdir, xalq vahiddir!İsti yerdə əsir qorxaq,Əsrarəngiz yollarındaBuz heykəli qundaq-qundaq...Cahan şahid - xalq şahiddir.Nə qəddarmış yağım, qaboy,Dağ üstündən dağım qaboy!

Çalma, çalma göz yaşlarımBoğur məni,İlk çərşənbəm, ilk baharımBoğur məni.Çalma, qaboy,Biz çalmamışŞanlı zəfər havasını...Düşmənimdən bac almamış,Qələbəylə bitirməmiş, -Oğul kimi bitirməmişAna vətən davasını.Çalma, çalma almayıncaBəkarətin qisasını.Papağımı yerə soxanXəcalətin qisasını.Tarixlərdə törənməmişCinayətin qisasını.Çalma, qaboy,Çalma, qaboy!Qisas dolu ürəyimdənSən də qisas alma, qaboy

26 mart, 1992.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине