Yardımlıya qonaq gəlinO, nağıldı, rəvayətdi.Zənn etməyin uzaq, gəlin!Dağlar yurdu qiyamətdi.

Meşələri dərin-dərin,Yaylaqları sərin-sərin,Bulaqları şirin-şirinYardımlının.

Uca dağlar qucağında,İlin, ayın hər çağında,Gözüm qaldı növrağındaYardımlının.

Qocaları təpərlidir,Cavanları hünərlidir,Gözəlləri zəfərlidirYardımlının.

Dolayları dolam-dolam,Maşın qalxır aram-aram,Yollarında yorulmaramYardımlının.

Tək damın gur şəlaləsiGümüş büllur şəlaləsiƏlində nur piyaləsiYardımlının.

Yun yumaqlar əlvan-əlvan,Ətir gəlir xanalardanXalçasından yoxdur, inanYardımlının.

Üzümlüklər düzüm-düzüm,Gülür qəlbim, gülür üzüm.Nəğməsini qoşdum özümYardımlının.

Dağın döşü, çölün düzü

Qumral-qumral qoyun-quzu,Çobanları səslər biziYardımlının.

Vətənimin qızıl quşu,Alqışlarıq bu uçuşu,Qarşıdadır yüksəlişiYardımlının.

Yardımlıya qonaq gəlin,O, nağıldı, rəvayətdi.Zənn etməyin uzaq, gəlin!Dağlar yurdu qiyamətdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов