Bu, məhkəmə binasıdır
Nəsil-nəsil me’marların ölməz əsəri,Rəngkarların, nəqqaşların mərmər dastanı.Şəhərlərin ən ulusu roma şəhəri,Yalnız elə san petroya bərabər hanı?!
Baxırsan ki, imarətlər imarət deyil,Əzəmətlə incəliyin vəhdəti aləm!Daş nağıldır, musiqidir onlar elə bil,Bu nağılın, musiqinin təməli möhkəm.
İki min il, min beş yüz il, səkkiz yüz, beş yüz...Tarixə bax, müddətə bax, çaşıb qalırsan,
Möhkəmlik heç, sən rəngləri, naxışları süz!Təmələ də, əmələ də heyran qalırsan.
Yarıuçuq kolizey də durub “cağbacaq”,Demə onun daşlarını zaman qoparıb.Bundan sonra on min il də belə qalacaq,Kolizeydən nə qoparıb insan qoparıb.
Vatikanın divarları sanki qırx ilin,Əlli ilin, səksən ilin haq-hesabıdır.Lakin nuhdan xəbər verir, bir yaxın gəlin,Roma qədim bir tarixin daş kitabıdır.
Çox davamlı, çox dözümlü bünövrələrinSinəsində kaşanələr yuxuya dalır.Bir daşı da laxlamayıb ulu şəhərin,Bəli, bu daş salnamələr salamat qalır.
Bu salamat sarayların arasından mənBir “sarğılı” saray görüb qaldım məəttəl.Mərtəbələr şəbəkəyə tutulub eyzənDedilər ki, özülündə tapılıb əngəl.
Fikirləşdim, gör nə aləm binadır ki, o,Bir eranı yola salıb, indi laxlayır.Gör nə qədim, nə möhtəşəm binadır ki, o,Əzəmətli görkəmini yenə saxlayır.
Qaçdı bizim bələdçinin dodağı bu an,Köks ötürdü, -- yox, - söylədi qız gülə-gülə.Söylədi ki; - həmin bina “uşaqdır” inan,Bu gün onun səksən yaşı olmayıb hələ.
Niyə erkən zədələnib onda bu “uşaq”?Gör nə yaman şırımlayıb çat divarları.Qüllələri, sütunları qopub uçacaq,Ağırlığa tabsız olub alt divarları.
Bəlkə burda günahı var, yağışın-qarın,Yeraltı su bünövrəyə oğrun hopubdur.Memarlıqda misli ki, yox italyanların,Kim onların nəqşəsində nöqsan tapıbdır?!
Bu, məhkəmə binasıdır - tərəzi-mizan!Tükü tükdən seçməlidir burda ədalət.
Romalılar deyir: - ancaq, burda hər zamanGözgörəsi tapdalanır düzlük, həqiqət...
Bu, məhkəmə binasıdır - ağın qaraya,Südün suya nisbətini seçən yerdi bu.Romalılar: - toxunmayın - deyir yaraya,Doğruluğu tapdalayıb keçən yerdi bu.
Bu, məhkəmə binasıdır - haqqın-nahaqqınDüyününü düzgünlüklə açmalıdır o.Açmayırsa, yer tutmağa onun nə haqqı,Özülündən dağılmalı, uçmalıdır o.
Bu, məhkəmə binasıdır -- harda olsa da,Gərək yaxın qoymayalar burda rüşvəti.Romalılar yana-yana deyir ölsə də...Məzəndəsiz frak geymir hakimlər qəti.
Bu, məhkəmə binasıdır - kimdədirsə haqq,Haqq zəfərdir - haqq sübuta yetibsə əgər.Romalılar soyuqqanlı deyir ki: - ancaq,Dəftərdədir, kitabdadır fəqət bu sözlər.
Göz yaşları bünövrəyə elə sızır ki,Ovum-ovum ovxalanır, tökülür bu ev.Romalılar bu söhbəti belə yozur ki:Haqsızlığa dözə bilmir, sökülür bu ev.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-bu-mehkeme-binasidir
Клавиши ← → для перехода, R — случайное стихотворение