Müsəlman
Zimistan dolanır, tez gəlir sabah,Əyyam getməz belə mürtəd, müsəlman!Bundan sonra gələn, eşidən-bilən,Edər sizə təhniz, töhmət, müsəlman!
Qoşunlar cəmləyib namlar aldınız,Qoç iyidlər, intiqamlar aldınız.Arzuya yetişib, kamlar aldınız,Ələ düşdü yaxşı fürsət, müsəlman!
Bir-birinin qənimində durdular,Fürsət çağı ələ düşüb, gördülər.Qanlar töküb, nər iyidlər qırdılar,Bu binamus, bu biqeyrət, müsəlman!
Hansını söyləyim mən bu qisasın?Müxtəsərin deyim, sözün xilasın.Əlsiz zənənlərin soyub libasın,Kəsdi barmaqların, namərd, müsəlman!
Çalan-çapan, oğru dolandı gümrah,Füqaralar deyir: Allaha pənah.İstərəm xudadan bir ədalət şah,Qurban eylər, hər şikayət, müsəlman!
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-muselman
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsənEy sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən
Sən və mənSənin xəndan olur gül dodaqlarınOnda ki gözümdən yaşlar saçılır,