Sən və mən
Sənin xəndan olur gül dodaqlarınOnda ki gözümdən yaşlar saçılır,Çünki sayəsində gur bulaqlarınÇiçəklər açılır, güllər açılır.Üzün şəfəqlənir mən ah çəkincə,Çünki od qızarar əsincə ruzgar.Hər şeyin axırı heçdirsə, məncə,Sənin gözəlliyin getdikcə artar.Çevirib üzünü nərəyə dönsən,Könlümün gözləri düşər ardına,Çünki təbiətdən öyrənmişəm mən,Günəbaxan baxar Günəş yurduna.Qurumuş göz yaşım, o gül üzündənAxar, daim axar, durmadan axar,Sellər coşqun olur çünki, qəflətənDoğunca gəncliyin fəsli ilk bahar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-sen-ve-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Novruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,
Гульшан-и раз, глава 64از آن گلشن گرفتم شمهای بازنهادم نام او را گلشن راز
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Nə deyirBağban qardaş mənim vəsfi halımı,İntizarlı yara de, gör nə deyir.