Sənə qurban
Deyirsən yanında qalacağam mən,Çox gözəl fikirdir, qal sənə qurban.Nə zaman istəsən əziz canımı,Qumral gözlərinlə al sənə qurban.
Sən Müşfiqin yanında, qalginən sənə qurban,İstəsən bu canımı, alginən sənə qurban.
Gəlmiş hüzuruna bir qara dağlı,Bir qara qulundur, qolları bağlı,Gəl çəkmə sinəmə sən hicran dağı,Gümüş topuğunda xal, sənə qurban.
Sən Müşfiqin yanında, qalginən sənə qurban,İstəsən bu canımı, alginən sənə qurban.
Deyirsən yanında qalacağam mən,Çox gözəl fikirdir, qal sənə qurban.Nə zaman istəsən əziz canımı,Qumral gözlərinlə al sənə qurban.
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-sene-qurban
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,