Bu dağlar, göylərdə oynayan bu dağlar,Bağrında filizlər qaynayan bu dağlar...Buludlar rəqs edər bunların başında,Döşündə guruldar çayların nərəsi;Hər zümrüd yamacı, hər yaşıl dərəsi,Min cövhər gizləmiş ən kiçik daşında.Həp sənsin deyilmi olanım, olmazım,Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

Bu yüksək dağların nöqsan var nəsindəQaynarkən mədənlər atəşli köksündə.Nefti var, qazı var, boranı, qarı var,Şənlədir zavodda, fabrikdə hər kəsi,Bakının buxtası, Tiflisin Zagesi.Sabunçu uğuldar, Riyonges guruldar,Istərim bunlarla çınlasın avazım,Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

Meşələr, o ləpir görməyən meşələr,kimsəyə könlünü verməyən meşələr...Çəlikdən mişarlar gözləyir, deyilmi?!.Al kəmər taxalım bunların belinə,Gürcüstan söyləyir: hər daşqın selimi,Alınız, veriniz çarxların əlinə.Olmasın kimsədən minnətim, niyazım,Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

Sardıqca dağları voltlarla günəşlər,Altında xalqımız bir yeyər, bir işlər.Bir zaman gələcək, hər yerin olacaqAləmə xoş gələn rəngbərəng bir dekor.Haçadil atların dəmirdən olacaq,kolxozun sürdükcə zəmidə traktor,Şişəcək kür çayım, coşacaq Arazım,Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

Ey bu gənc dağların biqərar yolçusu,Qanadlan! Çalındı yüksəliş borusu.Ey cənub tərlanı, döyünsün ürəyin,Yılmadan havalan bu alı dağlara,Dərəsi, təpəsi bahalı dağlara.Bir sabah olarkən qızıldan dirəyin,Səslənib duracaq əlində şən sazım,Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов