Şübhənmi var?
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,Əzrail gələndə köksün üstünə sən qorxudan,Gözlərindən qanlı yaşı tökməyə şübhənmi var
Yer üzündə çalınıb sur, cümləmiz qalxsaq gərək,Fani də itməz deyib dörd birinə baxsaq gərək,Torpağı vətən tutub bir neçə il yatsaq gərək,Tər türab içrə tənin el gömməyə şübhənmi var
Gün bə gün, saat bə saat ömrümüz keçməkdədir,Şol qəfəsdən can quşu fəryad edib uçmaqdadır,Buna fani dünya deyirlər, yıxılıb uçmaqdadır,Cəm olub məxluq kəfənin biçməyə şübhənmi var
Ah edib isyanıma dərdi-dərunum tab ilə,Birliyin bildirdi Mövla bizə dörd kitab ilə,Sən o öndə uca yaşıl sancağın əshab ilə,Ey Ömər, məhşər günü diz çökməyə şübhənmi var
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-omer-subhenmi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!
Meh tək saraldı ğəmdən çöhreyi-zərdim mənimMeh tək saraldı ğəmdən çöhreyi-zərdim mənim,Qalğalı səndin cüda mahi-cəhangərdim mənim.
YoxduQürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.
Ah... bir sərxoş nigarın dağı öldürdü məniAh... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,