Bilmən kimindir
Tuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,Nəsib olub bizim gülə qonamı,Bir pərli ballı var bilmən kimindir
Vəhdətinə dəlil etmiş xudası,Məftundur şəhrin bayı və gədası,Məst elədi aləmi şirin ədası,Bir dadlı dilli var bilmən kimindir
Qəmzəsi cəlladdır, gözləri xuni,Vəlvələyə verdi çərxi gərdunu,Manənd Tubadır qəddi-mövzunu,Bir incə billi var bilmən kimindir
Şəkər dadı verən ləbi qəndidir,Onun üçün aləm dərdməndidir,Sanma Yaqub oğlu Yusif kəndidir,Yanağı güllü var bilmən kimindir
Ömər aydır nuş edəli eşqin səmindən,Sur tolmadı getdi dərd və qəmindən,Söyləsə dür tökər qönçə fəmindən,Bir üzü xallı bilmən kimindir
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-omer-bilmen-kimindir
Клавиши ← → для перехода, R — случайное стихотворение