Zəfərdən Zəfərə
Beşillik planıIki il yarımda yerinə yetirdik.Deməli, bitirdik.Işlərin qalanıDaha çox,Bir talçokGərəkdir verilən işləriAparsın iləri,Aparsın iləri gələcək beşillik zəfəriHər şura nəfəri.Cavab ver, Abşeron!Qəlbində neçə tonBu axanYeni qanÇağlamış fışqıra-fışqıra,qışqıra-qışqıra?!Yox, gərəkBir çərəkQalmasın boş yerin!Yoldaşlar, göstərinTorpağın altında,Torpağın ən məchul qatındaGizlənən o xəsis qaynağı!Toxunsun ona bir mühəndis caynağıArasın zərbəçi mühəndisBizimçin yeraltı bir dəniz...
Arayır, aramış,Bir qarışYer belə qaçmamış gözündən,Dönməmiş sözündən.Verdiyi ilqarı yetirmiş yerinə,Baxınız, qaç yeni buruğun seyrinəDaldırmış bizləri...O, yüksək rəqəmə qaldırmış bizləri!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-zeferden-zefere
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir neçə nəzm yazım həzrəti-sultanım içün,Göndərim payi-mələxşahi-Süleymanım içün
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Gəraylı: Ləvhəş-Allah, xaliqi-canLəvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,
PəriBoyun sürahidir, bədənin büllur,Gərdənin çəkilmiş minadan, Pəri!