Dərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.

Leylətül-miraca zülfün yar imiş aşıqlara,Söyləmiş ol Batı Sübhan əlləzi isra imiş.

Oxuyan səbal-məşani bilməyən təfsirini,Arif olmuş ol arifi-Mövla imiş.

Küntü kənzin sirrini insanda bilən insan olur,İşbu sirri bilən insan cümlədən əla imiş.

Canı ver canana canı-cahandan fariq ol,Gəl bəri gənc istəyən kim bir əcəb sövda imiş.

Canı canan yolunda qılmayan hər dəm səbil,Bibəşirətdür cahanda gözləri ama imiş.

Dilbərim qıldı Həqiqi ismi-pakindan rza,Gördüm əbcəd körpüsündə mənzilim ala imiş

Aləl-Həqiqi rəhmətullah

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви