Mən ki bilməz idim nədir məhəbbət,Bu sirri sən mənə anlatmadınmı?Dünyaya sığmayan şair könlümüKöksümdən çıxarıb oynatmadınmı?

Mən ki nəğmə deyib bənövşələrdənPeşəm zövq almaqdı bir şux dilbərdən,Məndən uzaq gəzib, dolanıb hərdən,Qəlbimi sıxmağa can atmadınmı?!

Min hicran könlümü alanda ələ,Zərrəcə halıma yanmadın belə.Müşfiqin qəlbini tez alıb ələOnu röyalardan oyatmadınmı?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов