Əcəb, sizmisiniz böylə oynayan,Yoxsa göy üzündə qartallarımdır?Yoxsa ürəyimdə coşan, qaynayanŞirin arzularım, xəyallarımdır?Bəzən durna kimi düzüləndə siz,Fikrim sətirlərə düzülməsinmi?Sallanıb qarşımda süzüləndə siz,Duyqum gözlərimdən süzülməsinmi?Oynayın, qarşımda oynasın yenəƏski tufanlarım, burağanlarım!Sevdalı ruhların dərinliyinəTökülsün hisslərim, çağlayanlarım!Oxuyub oynarkən siz, öylə bil ki,İldırımlar çaxdı ilk baharımda.Dedim ki, dünyanın ilkidir, ilki;Ulduzlar sayrışır fəzalarımda?Əcəb, sizmisiniz böylə oynayan,Yoxsa göy üzündə qartallarımdır?Yoxsa ürəyimdə coşan, qaynayanŞirin arzularım, xəyallarımdır?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов