Gizli-gizli havanın raylarından aşaraq,Düşüncə vadisindən qaçıb uzaqlaşaraq,Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraqHər yerdən xəbər verirAllo, allo səsləri.Əcəb cilvə göstərirAllo, allo səsləri.

Qıvrım qamçılar vurub dağlara, dənizlərə,Bir xəbərlə yaxlaşıb uzaqlardan bizlərə,Yolçuları toplayır bir yığnağa, bir yerəHər gün söhbət eyləyənAllo, allo səsləri.Hər şeyi tez bəlləyənAllo, allo səsləri.

Ellər ayrı, ellərdə yaşayanlar da ayrı,Xəbərsizkən çox işdən ölkələrin müxbiri,Birləşib sayənizdə həp könül iqlimləri,Çiçəklənir, allanırAllo, allo səsləri.Nəşələnir, hallanırAllo, allo səsləri.

Nə yellər uğultusu, nə vulkanlar nərəsi,Nə xəyalı divlərin köpüklü yayqarası,Qışqırıb bağırsanız kəsilmədən arasıQiyamət eylərsinizAllo, allo səsləri.Siz başqa bir nərsinizAllo, allo səsləri.

Səsinizə tay olmaz sizin keçdi-keçdidə,Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə,Bir torpağın, bir evin bütün sərgüzəşti dəİçinizdə saqlıdırAllo, allo səsləri.Doğrudan maraqlıdırAllo, allo səsləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов