-I**Yenə könlüm uzaqlarda,Quş qonmayan ovlaqlardaQanad çalır tərlan kimi.Bir dərənin üzərindəÇisəkləyir duman kimi.Nədir məni bu coşduran,Hankı əsr, hankı dövranOlmuş bizim dövran kimi?Bir aşağı, bir yuxarıBurax çapsın söz atlarıÜrəyimdə ceyran kimi!Yenə qopdu bir qasırğa,Nəğmələrim dalğa-dalğaGurlayacaq tufan kimi.-II**Budur, gəldi gül mövsimi,Tarçı, köklə sarı simi,Bir şey çal ellər eşqinə!Günəş qızıl, dünya yaşıl.Gülümsəyir işıl-işılDuyan könullər eşqinə.Durma, köklə sədəf tarı,Səbrimizin yarpaqlarıTöküldü yellər eşqinə.Bir hava çal, can oynasın,Dağlarda duman oynasınQırdığın tellər eşqinə.Mən də sözlə əmin-əminDaraq çəkim düşüncəminZülfünə Tərtər eşqinə.-III**O yan dərə, bu yan dərə,Hər yamacda bir mənzərə,Nə aləmdir bu Qarabağ!..Göy üzündə şən bulutlarYer üzündə məxmər otlar,Bu günəşli səhərə bax!Hər yan dağdır, hər yan meşə,Novruzgülü, mor bənövşə,Bülbüllərə, güllərə bax!..Gah mülayim, gah əsəbi,Bir dalğalı ömür kibiAxıb keçən Tərtərə bax!Tərtərdəki səhnələrəPolad döşlü dəhnələrə,İnsana bax, hünərə bax!-IV**Tərtər çayı! Nə zamandan,Hansı çılğın bir tufandanQaynayışın başlar sənin?Hər axışın bir inqilab,Hər dərən bir dərin kitab,Başında çox iş var sənin.Varıb keçdi apardığın,Yaynağından keçən yığın,Keçmişmidir təkrar sənin?Bir sorğu kəsdi qarşımı:Tarixlərin göz yaşımıAxıtdığın yaşlar sənin?Məndən başqa arxan varmı,Fəryadına dayanarmıDağlar sənin, daşlar sənin?-V**Tərtər çayı!.. Tərtər çayı!Ötən çılğın vurharayıBir salsana yadına sən!Bir zamanlar candı o kənd,Dil çıxarıb yandı o kənd,Yetişmədin dadına sən.El yanarkən için-için,Dalğalanıb onun neçinSu səpmədin oduna sən?!Qanlı alov dalğa-dalğaYayılarkən ortalığa,Heç baxdınmı ardına sən?Gözəl Vətən, söylə mana,Söylə mana, yana-yanaGetdin kimin badına sən?-VI**Bu nə yoldur, daşnaq yolu...Hər dərəsi qanla dolu,Nə acıdır bunun adı.O dənizdən bu dənizəDeyib çıxdı sinəmizə,Bir tapdadı, bir doğradı.Orda dəhşət, burda vəhşət,Əlində baş, dişində ət,Tanırsınız müsavatı.Nə bağ qaldı, nə də bağban.Qurşun, ölüm, atəş, dumanYaxamızı parçaladı.Bilən bilir, bu zülmətə,Bu uğursuz fəlakətəKim əl çaldı, kim ağladı.-VII**Onlar deyən yalan oldu,Keçən keçdi, olan oldu.Coşdur, bizim günlər, məni!Bir çalışır, bir yaşayır,Bir-birinə çox oxşayırBu dağlarda türk, erməni.Arzumuzun dərəsindən,Bağımızın bərəsindənHaraylayır Tərtər məni.Aman Tərtər, tut əlimdən,Uzaq düşmə əməlimdən,Yoxsa ellər ötər məni.Biri sızlar, biri yanar,Bilirsən ki, necə anarQələm məni, dəftər məni!-VIII**Gah o gözdən, gah bu gözdən,Murov dağdan, AlagözdənVerə-verə nişan Tərtər.Dağı-daşı uçuraraq,Torağaydan alıb soraq,Eldən-elə qoşan Tərtər.Bir gurlayan həyat kimi,Dərələrdən ağ at kimiŞahə qalxıb aşan Tərtər.Keçmişini salma yada,Gözdən düşər bu dünyadaDüz yolundan şaşan, Tərtər,Nə işin var dağda, düzdə?Bir qan kimi MadagizdəGəl qəlbimə boşan, Tərtər!-IX**Hər yamacda bir tamaşa,Könlüm uçur dağa-daşa,Seyr etdikcə təbiəti.Dağ başında duman gözəl,Bu qaralan orman gözəl,Könlümdədir məhəbbəti.Kim der sənə yaman, dünya.Sən gözəlsən aman, dünya,Ey günəşin əmanəti!Keçmişin göz yağmurundan,Ürəyimin çamurundanSeçməliyiz şikayəti.Ey əzəldən yığın-yığın,Ölən, qalan insanlığınİlk cənnəti, son cənnəti!-X**Gözünü aç, dağlara bax,Bir gözəldir bu QarabağTəbiətin qucağında.Doğmuş kimi ülviyyətin,Gözəlliyin, məhəbbətinƏn səfalı bir çağındaUzun saçlı qızlar kimi,Tar çalaraq sızlar kimiTərtər gümüş yatağında.Burda versən can, yeri var,Yenə bülbül, qan yeri varQızılgülün yanağında.Ürəyimdə sözüm qaldı,Bu dağlarda gözüm qaldıBir maralın buxağında.-XI**Nə deməkdir bu aldanış!Işdən danış, gücdən danış,Çağır yeni mahnı, şair!Çırpınmalı el səsində,Elin köküs qəfəsindəSözlərinin canı, şair!İşə keçməz boş nəğmələr,Dodaqaltı zümzümələr,Orkestrin hanı, şair?!Dönüş yoxdur bir də geri,Şarıldayan bu TərtəriYaxşı öyrən, tanı, şair!Həqiqəti görməyənin,Elə könül verməyəninBatsın adı-sanı, şair!-XII**Odlayarkən bağrınızı,Mən duyuram ağrınızı,Darılmayın mana, dağlar!Gətirəcək bu daşqın sel,Qəlbinizdən keçən tunelÖlkəmizi cana, dağlar!Qaranlığı yıxmalıyız,Aydınlığa çıxmalıyız,Nə dərsiniz, buna, dağlar?Çırağınız sönməyəcək,Bundan belə dönməyəcəkÜrəyiniz qana, dağlar!Yüksələcək mənliyimiz,Gəlməyəcək şənliyimizSayıldıqca sana, dağlar!-XIII**Günəş çıxmış qaranlıqdan,Bir qarışıq dumanlıqdan,Parçalamış qaranlığı...Fəqət bilsən, gün vuracaq,Nə ulduzlar doğuracaqDühamızın dumanlığı!Şarıldayıb, tüstülənib,Coş, Tərtərim, dağdan enibGəz dağlığı, aranlığı!Öz gücünü bildir bu gün,Cənnət kimi güldür bu günİlanlığı, sayanlığı!Yaşa, həyat selimizin,Ağlımızın, əlimizinQüvvət, işıq sultanlığı!-XIV**Hər dalğası sona Tərtər,Qurban olum sana, Tərtər,Uyut məni yatağında!Könül açan nəğmən, şerinPıçıldasın bu şairinLəpələnən dodağında.Yetər artıq üzülməmiz,Işıq kimi əzilməmizQaranlığın tapdağında!Ahımızdan meh durmadı,Elə yandıq, şeh durmadıÖmrümüzün yarpağında.Yax lampanı lalə kimi,Sərin nurlu halə kimiGəlnimizin otağında!-XV**Gəl döyəlim döşümüzə,Başlayalım işimizə,Qüvvət səndən, hikmət məndən.Daşkəsəndə, dağda, daşda,Hər cəbhədə-mərd savaşdaHimmət səndən, cürət məndən.Ölkəmizə dəmir gərək,Dəmirdədir asan çörək,Şiddət səndən, zəhmət məndən.Qazax, Yevlax yollarında,Elektrik qatarındaSürət səndən, söhbət məndən.Elə işıq səndən gəlsin,Yar-yaraşıq səndən gəlsin,Şeir, nəğmə, sənət məndən.-XVI**Tərtərhesi seyrə gəlin,Eybi yoxdur bu gözəlin,Bu torpağın aləmi var.Hər dərənin bir əsrarı,Hər yamacın bir baharı,Hər dağın bir görkəmi var.Bu yerlərdə çalışanın,Ay, gün kimi alışanınNə dərdi var, nə qəmi var?Axşamçağı tarın səsi,Qarabağın şikəstəsi,Hər kəsin bir həmdəmi var.Batma, günəş, bir az dayan,Dar gəlməzmi sana o yan,Bundan gözəl ölkəmi var?!-XVII**Çağırıram mən hər kəsi,Gəlsin, görsün Tərtərhesi,Bilsin, burdan nə hal keçir,Burda köhnə məzarlıqdan,Xəyal olan bir varlıqdan,Bir uzunca kanal keçir.Bu yerdə bir qoca gördüm,Üzünə baxınca, gördümKönlündən bir sual keçir.Dedim: Qoca, dərdi burax,Mən nəyəm bir ovuc torpaq,Qabağından xəyal keçir.Bu inadlı vurğuya bax,Bu möhtəşəm qurğuya bax,Ömür sönür, tonqal keçir...-XVIII**Əlimdə bir sınıq qafa...Ömrümüzə yoxmuş vəfa,Düşündüm hər adam kimi.Bir aralıq batdım qəmə,Sonra dedim: – Cəhənnəmə! –Gülümsədim Xəyyam kimi.Öz-özümə verdim ürək,Dedim, ömrüm keçsin gərək.Bir işıqlı bayram kimi!Göz gəzdirdim sola-sağa,Baxdım, Tərtər qalxır dağaBizim köhlən əyyam kimi.Məni aldı bu tamaşa,Boş qafanı çaldım daşaMeysiz, ruhsuz bir cam kimi.-XIX**Ey bu axan duru çaydan,Gözlərimin nuru çaydanBir dirilik uman ellər!Bu torpaqla, bu Tərtərlə,Alnımızdan axan tərləDoğrulacaq zaman, ellər!Zaman bizə bir qonaqdır,Alnı açıq, üzü ağdır,Ey mehmana mehman ellər!Onu yaxşı yola salın,Hər dərdini xəbər alın,Aman ellər, aman ellər!Könlümuzdə, gözümüzdə,Qəlbimizdə, üzümüzdəGörünməsin duman, ellər!-XX**Səhər, axşam öz yerindənKeçsin, çocuq gözlərindənKeçən lətif uyqu kimi.Filiz deyə, çiçək deyəİş nəğməmiz hər zəmiyəHopsun sərin bir su kimi.Hər şey ləzzət versin bizə.Dolsun geniş qəlbimizəBu dünyada arzu kimi.İşdən sonra, axşamçağı,Əlimizdə mey bardağıMələşəlim quzu kimi.Sinədə tar, əldə qaval,Bu dünyada bir kapitalVarmı insan oğlu kimi?-XXI**Bir saz kimi dərələrdə,Çağıldayın pərdə-pərdə,Ey ruhuma yaxın, sular!Yoxdur sizdən fərqim mənim,Sükut deyil şərqim mənim,Dayanmayın, axın, sular!Bir uyqusuz ürək kibiÇeşməmizin həyat dibiQurumasın, saqın, sular!Bizim yaşıl ruhumuzunMahnısını uzun-uzunÇağırınız, daşqın sular!Söyləyiniz dastanını,Çınlatınız kamanınıGözəlliyin, aşqın, sular!-XXII**Dayanmayın, ellər, gəlin,Ey tükənməz sellər, gəlin,Səslənəlim rübab kimi.Hər könül öz hesabına,Əbədiyyət rübabınaToxunmalı mizrab kimi.Ürəyimiz sərin olsun,İzlərimiz dərin olsunGöy üzündə şəhab kimi.Al günəşin altında bizKaşanələr tikməliyiz,İşıqları mehtab kimi.Dostlar, baxın bir yuxarı,Göydə ulduz salxımları,Sıxın, için şərab kimi!-XXIII**Bu nəğmələr Tərtərdəki,Torpaqdakı, bəşərdəkiIşıq-qüvvət nəğməsidir,Bu nəğmələr mədəniyyət,Dünyadakı şirin ləzzət,Yüngül zəhmət nəğməsidir.Bu nəğmələr dərin-dərin,Geniş-geniş ürəklərinSəmimiyyət nəğməsidir.Bu nəğmələr məlahətəGözəlliyə, məhəbbətəOlan hörmət nəğməsidir.Bu nəğmələr kainatın,Dadlı-duzlu bir həyatınƏbədiyyət nəğməsidir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов