Torpaq
Hər şeyin anası, qaynağı sənsən!Sənin varlığına ölüm-itim yox.Sən bütün-bütünə ruhsan, bədənsən,Gözəl torpaq, sənə çox borcluyam, çox!Bu qardaşım ağac, bu dal, bu yarpaq,Hamsını canladan sənin şirəndir.İnsan da, ey qoca, ey köhnə torpaq,Sənin hər addımda dəyişdirəndir!Sən və mən bir ruhuq iki qalıbda,Qara torpaq, səni yerdən alıb daGöylərə qaldıran əməllərindir!Sənə qüvvət verən, sənə ruh verən,Çoraq çöllərini çiçəkləndirənMənim şən əməyim, alın tərimdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-torpaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağında
Sən və mənSənin xəndan olur gül dodaqlarınOnda ki gözümdən yaşlar saçılır,
Sənə qurbanDeyirsən yanında qalacağam mən,Çox gözəl fikirdir, qal sənə qurban.
SəninçünO gün ki hicrana uğradı yolum,Qırıldı qanadım, qırıldı qolum.
Стихи других поэтов
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Min beş yüz əlli!..Dinlə məni, səninləyəm, döyüşçü qardaşGün bu gündü, ay bu aydı, bir il əzəldi.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,