Pəri
Dərviş sayaq xeyli gəzdim cahanı,Görmədim sənin tək bir insan, Pəri!Xaliqin hökmülə xəlq olunmayan,Nə yaraşıqlı mələk, nə qılman, Pəri!
Qamətin əlifdi, peykanın nundu,Surətin mələkdi - sevmək qanundu,Atəş gözlərdədi - üzülən candı,Gərək doğru olsun yol-ərkan, Pəri!
Boşalan dünyadı, dolan dünyadı,Həqiqi dünyadı, yalan dünyadı,Verdiyini əldən alan dünyadı,Nə sevgi qalacaq, nə cahan, Pəri!
Şəkli-şəbahətdə qeyri təhərsən,Hüsnü vücahətdə şəmsi-qəmərsən,Qan ağlaram - hər yadıma düşərsən,Ağlar didələrim, tökər qan, Pəri!
Dərd, qəmim taladıb - ürəkdə məlal,Getməz gözlərimdən firqəti-xəyal.Dərdim çoxdu - deyim yaz, dəftərə sal,Neçə ki, zülfünə yoxdu san, Pəri!
Bağ bənzəməz hərgiz behişt bağına,Sar yaraşmaz qoysan tərlan yerinə.Qəm dəryadı - qərq olmuşam dərinə,Təlatüm eyləyir min tufan, Pəri!
Göz axtarar, könül istər - çatmaz əl,Xidmətinə namə yazdım, dil əfsəl,Qurban beynəvadı, sal yadına gəl,Can mənim, can sənin, bir də can, Pəri!
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-peri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İndi Məkkə dəbə düşüb,İndi çoxu Həccə gedir…
OlsunYoldaşlarım bu gün dava günüdür,Hazırlaşın mövlam sizə yar olsun
İkinci addımHər şey zarafatdan başladı bir vaxt,Hər şey bu dünyada başqaydı bir vaxt.
Bəyani-halBadisəba, qurban olum, aç qapımı əsərək,Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.