Dil, zikr elə, nə şirindir yar adı,Qayin cinmi gəlir, a narın-narın.Əta qılsa, can təzədən yaradı,Gah yaxır səqərin, a narın-narın.

Nə alidi, nə alçaqdı a qala,Yar istəyir yar yanında a qala.Sənginərsə, eşq ataşın a qala,Yandırırsan yandır, a narın-narın.

Dərdi-hicran artır hərdən yar, aşır,Çin-çin saçın qəddi dala yaraşır.Tez yetirsən ağlıyanda yara şir,Qurbandan gizlətmə, a narın-narın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви