Gündə yüz min can sadağa,Sən kimi canana, kəklik.Həsrətəm mən danışmağa,Danış deyim: - can, a kəklik.

Ala gözlüm, sən beləsən,Yanağı gülsən, laləsən.Cəmi gözəldən əlasan,Bir də yetəm sana, kəklik.

Qurqal saçın aralanmış,Elə bil ay paralanmış,Ağ əllərin hanalanmış,Yoxsa batıb qana, kəklik?!

Qurban vəsfini söyləsə,Eşidənlər düşər bəhsə.And içib, qəsəm eyləsə,Yazarlar yalana, kəklik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов