Məni yardan ayırdılar,Sənə olsun xəbər, xanımMənim kimi bu əyyamdaKim bu zülmü görər, xanım

Həsrət idim mən ol gülə,Cəfalar qaldı bülbülə,Sitarəm düşdü Sünbülə,Kim bu cövrü çəkər, xanım

Bu gün əldən yarım getdi,Namus ilə arım getdi,Nüh əflakə zarım getdi,Qıl ahımdan həzər, xanım

Yarı qıldın bu gün məndən,Dolanaram ol səbəb kəndən,Küsübdür bu qulun səndən,Uman yerdən küsər, xanım

İşim gəldi yaman oldu,Gözüm yaşı rəvan oldu,Dərdlər candə nihan oldu,Həsrət qəddim bükər, xanım

Sən qılubsan aşiqi-zar,Ey olan aləmə sərdar,Gecə gündüz yanar ağlar,Qanlı yaşın tökər, xanım

Məni qoyma bu giriyanda,Qalmışam xeyli dərmanda,Ol kəllə göz (Mirzə Xan)da,Görübsən nə hünər, xanım

Ərzim budur ol dövlətə,Hökm eyləyə görə yetə,Kim görübdür (bir övrətə)Dünyada (iki ər), xanım

Götürmədin gülün xarın,Unutdun eşqi-bimarın,Güclü gücsüzün yarınAlır əldən məkr, xanım

Əbdal təki geymişəm şalı,Olmuşam hicr pamalı,Qılsınlar dərdimi halı(Vəzirlər) (Mirzə)lər, xanım

Sonalar keçməz gölündən,Bülbül ayrılmaz gülündən,Mən dönməzəm yar yolundan,Sağ olduqca bu sər, xanım

İqbal döndü, bəxtim yatdı,Görək fələk nə şər satdı,Aldı əqlimi, aldatdı,Bilində zər kəmər, xanım

Çeşmim əşkin tökə qaldı,Qədim qədin bükə qaldı,Raci həsrət çəkə qaldı,Ol bal ləbdən əmr, xanım

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви