Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,Həsrətindən əlif qədəm bükərəm,Aman Allah, yar əyləndi, gəlmədi

Gələm dedi, vəd eylədi getdi,Sözü xilaf oldu, vədədə ötdü,Səbəb nöldü bizi münçə unutdu,Aman Allah, yar əyləndi, gəlmədi

Badi-səba dost kuyundan gələndə,Vergilən bir xəbər mən dərdməndə,Bizimlə iqrar etdi gedəndə,Aman Allah, yar əyləndi, gəlmədi

Gələn varmı görüm yarı gördümü,Varıb ərz eyləyim ona dərdimi,Bilmən əndə ğəyrə könül verdimi,Aman Allah, yar əyləndi, gəlmədi

Aşikar oldu dərdi-pünhanım,Ovc etdi fələyə ah-u əfğanım,Raciim hicrində üzüldü canım,Aman Allah, yar əyləndi, gəlmədi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке