Bivəfa yarə könül versə vəfadar əbəs
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
Dərdi-dildən səni çox eyləmək olmaz agah,Qıldığım nalə, qələt, etdiyim izhar əbəs.
Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman,Eylədim ömrümü zaye, özümü xar əbəs,
Çeşmi-cadunigəhin məsti-meyi-xab ikən,Ah kim, eylədim ol fitnəni bidar, əbəs.
Bulmasa feyzi-nəzər kəsbi-kəmal etməz hüsn,Yari-aşiqdən əgər gizləsə rüxsar, əbəs.
Aşiqi-paknəzər vəslini hicranda sanır,Eyləməz arzuyi-dövləti-didar əbəs.
Макта — последний бейт с тахаллусом поэта. Qönçəvü laləni gördüm, qəmə batdım, Qüdsi,Eylədim meyli-tamaşagəhi-gülzar əbəs.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bakixanov-bivefa-yare-konul-verse-vefadar-ebes
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostlar, mənim əhvalımdan siz olunuz baxəbər,Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
Fikrin izahıOmur kecdi boş-boşuna, etdik daim ahu-vah,Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah!
Nəfsin qorunmasıQudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Mətləbin tədriclə açılmasıCox zamandı urəyimdə dolanırdı bu sual,Gorəsən ki, icən zaman necə dəyişir əhval?
Стихи других поэтов · О любви
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Könlüm səni istərYüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,