Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər,Olacaqmı bitə hicran, gülə nurani səhər?!
Bir ömürdür çəkirəm nalə ömür yazında,Bəlkə tutsun ürəyimdən o gözəl yar xəbər.
Aman ey badi-səba, sal yada bu halımı sən,Ol vəfasız yarımın kuyinə gər düşsə güzər.
Sevginin ovlağı çox qorxulu bir sahə tutur,Orda qartalı vurar bircə oxu ilə nəzər.
Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək,Zülfün olsun bizə rəhbər ki, keçə bəlkə xətər.
Təkyə verdimsə yarın zülfünə, zahid, qınama,Sevginin yorğunuyam, başqa xəyal etmə hədər.
Ol xumar gözlə üzün əldən alıb taqətimi,Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər.
Nuh kimi kuyinə düşsəm o sitəmkar gözəlin,Qorxuram göz yaşın axır məni siylaba verər.
Макта — последний бейт с тахаллусом поэта. Qüdsi, ömründə tutub guşeyi-ismət daim,Qanı axsın hədərə çıxsa bu ismətdən əgər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bakixanov-bu-qaranliq-gece-yareb-cekecekdir-ne-qeder
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yadımda deyildir nə vaxt və kimdən,Belə bir hekayət eşitmişəm mən:
Hikmətin fəzilətiQədim bir kitabda verilmiş xəbər-İranda bir həkim varmış mötəbər.
KələkbazlıqMisirdə bir nəfər Rinud kəndindən,Gedib bir şəhərdə sərbəst gəzərkən,
Məlamət əlamətiÇox gözəl hekayət yadıma düşdü,Ya da bir şikayət yadıma düşdü.
Стихи других поэтов · О любви
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
AyrıNiyə məni dərdi-hicran,Öldürür ol yardan ayrı.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?