Məni yardan ayrı salan,Görüm üzün siyah olsunDərdə düşüb mənim kimi,İşin hər gündə ah olsun

Əlif qəddin dönə yaya,Hər işlərin gedə zaya,Cahanda tapma sərmaya,Ömrün günün kütah olsun

Diri ömrün də kam alma,Xəlayiq içrə nam alma,Hərgiz məqsəd-məram alma,Yaxşı halın təbah olsun

Zəlil ol sən ki mən xaram,Kimim var, kimə yalvarım,Sənə hər gündə qarğaram,İstər mənə günah olsun

Döndərdin yaşımı çaya,Düşəsən sən ah-vaya,Qisas əlbəttə fərdaya,Qalmaz belə agah olsun

Beytül-hüzn məskənimdir,Kim bu işdə düşmənimdir,Viranələr mə'mənimdir,Ona düşmən Allah olsun

Raci bu gün yardan oldu,Keçdi namus ardan oldu,Mal və mülk vardan oldu,Mane'ləri gümrah olsun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов