Məndən
(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndənBaxma rəqibin sözünə,Çox deyirlər yaman məndən
Məni yara vüsul elə,İstər qapıda qul elə,Öp al elə qəbul elə,Gəlsə kağız nihan məndən
Murad şəmini söndürmə,Məni məhrumə göndərmə,Gəl başın üçün yüz döndərmə,Amandır, əl-aman məndən
(Əli) sənə edə yardım,Artırma qüssəi-dərdim,Çəkər olsam ahi-sərdim,Yanar cümlə cahan məndən
Yarə qılma rəqib yarı,Mürəxxəs qıl mənim sarı,Özün insaf ilə barı,Artıqmı (Mirzə Xan) məndən
Həzrət Əli havadarın,Hüseyn Kərbəla yarın,Vəfasın gör, bi-iqrarın,Dönübdür bu zaman məndən
Yetiş Racinin dadına,Rəhmin gəlsin fəryadına,Heç aşiqlər eşq odına,Olmaz artıq yanan məndən
Kitabxana.az · https://kitabxana.az/ru/works/molla-yusif-raci-menden
Клавиши ← → для перехода, R — случайное стихотворение