Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.

Bərabərimdə nigarım yanaydı şəm kimi,Mən ahi-sərd çəkəydim, o gərmi-söhbət olaydı.

Gəhi duraydı qabağımda sərv qamətilən,Gözüm görə-göra bn nəşədə qiyamət olaydı.

Deyib, gülüb, oturaydıq kəmali işrətilən,Bəsani-ayinə, dil xali əz küdurət olaydı.

O qədr söhbət edəydik olaydı nisfülleyl,Yataydı yar dizim üstə, başı rahət olaydı.

Kənarə can tək alaydıra o tifli-məsumu,Bu şərtilən aramızda hicabi-ismət olaydı.

Təhəmmül etməyə bari-girani-möhnətə, kaş,Özümdə səbrü təhəmmül, dizimdə taqət olaydı,

Günüzlü yaridə ya olmayaydı işvəvü naz,Bu nazı çəkməyə ya inki, məndə halət olaydı.

Şərari-şəmilə gördüm yanaldı pərvanə,Dedim: bu şivə, nolur əhli-eşqə adət olaydı.

Макта — последний бейт с тахаллусом поэта. Yetibdi təngə dəxi təngnayi-aləmdən,Əcəl gələydi, bu Sərraf öləydi, rahət olaydı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви