Nazlı yar bağçanı seyr edib gəlir,Tutubdu dəstində gül, qoşa-qoşa.Bad əsəndə zülf bənzəyir sünbülə,Ayna qabağında tel, qoşa-qoşa.

İki gözəl gördüm: biri Səlbinaz,Yeriyəndə yerə eylər qəmzə, naz.Mələk-mənzər, şirin dilli, xoş avaz,Düzülüb üzünə xal, qoşa-qoşa.

Bu Qurbanın nələr gəldi başına,Rəhmin gəlsin gözlərimin yaşına.Yandırdın canımı eşq ataşına,Bu odu sinəmdən al, qoşa-qoşa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви