Günlərim axışır bir uyğu kimi -Dərədən-dərəyə axan su kimi,Dilbərim hərcayi bir ahu kimiHicran dağlarını aşarmı, söylə?

Sənsiz nə zövqü var bağın-baharın?Açan çiçəklərin, uçan quşların?Sənsiz cənnət olsa kainat yarın,Heç mənim ruhumu oxşarmı söylə?

Səninlə bağlayıb mən əhdi-peyman,Dedim qismətimiz olmasın hicran.Müşfiq quş olsa da, görəsən bir anSəndən uzaqlara uçarmı, söylə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви