-Buruq adamı**-I**Buruqları göylərə boy atan bir diyarın,Uzümüzü dünyada ağardan bir diyarınBir təsadüf üzündən gedib yolçusu oldum.Onu seyrə qoyuldum.Gecəydi… Yox, ətrafı görən gündüz sanırdı,Baş ucumda gözlərim kimi alovlanırdıKiçik-kiçik günəşlər bir dərin ehtirasla,Bir sərin ehtirasla.Qışqırıqlar çıxırdı qazılan quyulardan,Dirəklərin ucundan asılan quyulardan.Ən davamlı qatları dişləyirdi baltalar.Işləyirdi baltalar.Hərləndikcə bir dəmir sütun vəlvələsiləArayırdı, məndəki bir həycana vəsilə.Bu dəhşəti uzaqdan alaymı sandın, könül?Qolaymı sandın, könül?-II**Buruğun içində beş-altı fəhlə,Həpsi bir-birilə vermiş əl-ələ.Həpsi nəşəlidir öz əməyindən,Bu yerdə nişan yox həsəddən, kindənBu yerdə çınlamaz boş danışıqlar,Gözlərdə parlayır xoşbəxt işıqlar,Həpsi əməkçidir, həpsi zərbəçi;Həpsinin maraqla çalxanır içi.Görüncə bunları köksüm qabardı,Duyğum qanadlandı, hissim qabardı,Istər yaşıl göylər, istər şəhərlərDurmadan irəli qoşsa da əgər,Yenə də mədəndə bir başqalıq var,Burda hərəkət var, qalabalıq var,Doğru, şəhərlərdə gediş-gəliş çox,Zəhmət, əziyyət çox, sürətli iş çox.Fəqət köhnə hayat lövhələrindən,Sürgün bir aləmin səhnələrindənHələ şəhərlərdə nişanələr var,Ürək bulandıran əfsanələr var.İştə bax, bir yanda şubay buruqlarDoğurur başımda süslü duyğular.O yanda sırayla işçi evləriBəsləyir içində həyat divləri.Bax, ordan – kulubdan çıxdı bir yığın,Həpsi bir dalğalı sel kimi daşğın,Daldıqca bu insan nəhirlərinə,Yeni sosializm şəhərlərinəUzaqdan uzağa gözüm sataşdı,Ürəyim oynadı, xəyalım çaşdı.Mədəndə dalğasız mazut gölləriAçır qoxusilə dar könülləri.Dirəklər başında yanan çıraqlar,Alışıb-yanmağı qanan çıraqlar.Sərdikcə göllərə nurdan bir xalı,Dəyişir göylərin büsbütün halı.Ulduzlar saralır paxıllığından,Rəng verir, rəng alır paxıllığından.Əgər sorsan: – Həyat hansı yerdədir?Derim: – Zavodlarda, mədənlərdədir.-III**Şura mühəndisi yanımda durmuş,Bəlli, təbiətə bir kələk qurmuşMühəndis danışır açarçısilə;Dondum açarçının açdığı dilə.Başım çıxmayırdı söhbətlərindən,Bunların qarışıq lüğətlərindan.Bir sütun ortada hərlənmədəydi,Zəncirli təkərlər hirslənmədəydiQəfəsdə çırpınan bir arslan kimi,Bəzən də qıvrılan bir ilan kimi.Qorxunc bir uğultu, qorxunc bir sədaÇınlayıb, dururdu əsən buruqda.-IV**Yanımda bir işçi pək həyəcanlı,Dodaqları basıq, gözləri canlı;Baxmada həsrətlə işləyənlərə,Həvəslə, cürətlə işləyənlərə,O, bir il vardı ki, açarçılıqdan– Bəlkə istəmədən – olmuşdu azad…Ayırdılar bir gün onu buruqdan,Qurdu kəndisinə başqa bir həyat.İyirmibeş bahar, iyirmibeş qışBuruqlar içində açdı gözünü.Bir gün qopdu ona iclasda alqış.Başqa bir vadidə gördü özünü.Keçirtdilər onu demək bir axşamCismani zəhmətdən, əqli zəhmətə,Sönmədi ondakı əski ehtişam,Ürəklə girişdi yeni xidmətə.Əlli yaşı vardır, hala bu sində,Yorulmamış onun əmək şəhpəriMədəni maarif vəzifəsindəÇalışır, çarpışır o gündən bəri.O, səssiz baxmada.. fəqət yerindəBaşqa bir işçinin durmuş əlləri.Qalın qaşlarının ətəklərindəAxmada simsiyah mazut selləri.– Bax, – deyir, – ömrümün çox zamanlarıRəngin lövhələri keçmiş bu yerdə.Bu yerdə ömrümü etmişəm yarı,Bu yerdə batmışam nəşəyə, dərdə.İndi ayrı işdə çalışmaqdayım.Bilməm bu mədəndə nə var ki, daimBurada ürəyim döyünmək istər,Boylu buruqlarla öyünmək istər.Bu saat, qarşımda qopan vəlvələMənə bir musiqi qədər xoş gəlir.Sardıqca dövrəmi qorxu, zəlzələKöksüm qanadlanır, duyğum yüksəlir.Bax, mənim vəzifəm açarçılıqdır;İllərcə feyz aldım mən bu gedişdən.Bilməyirəm məndə bu nə qılıqdırKi, xoşlanmayıram heç qeyri işdən.Mənimlə çalışan çox işçilər varKi, həpsi çəkilmiş irəli, onlar,Onlar çalışırlar ağıllı-başlı;Həpsi zərbəçidir, həpsi təlaşlı.Fəqət mənim könlüm bu ehramlarınÜstündə çırpınıb, seyr etmək istər.Ordan səhərlərin və axşamlarınÇapqın həyatını seyr etmək istər.Mədəndən çıxmağım qət edilirkən,İclasda bilsəniz necə sıxıldım!Fikrim qanadlanıb uçmaq dilərkən,Sanki göy üzündən yerə yıxıldım.Mənim işim budur: cismani zəhmət;Başqa zəhmətlərə bənzəməz, əvət.Mənə qoldan danış, biləkdən danış,Durmadan döyünən ürəkdən danış!-V**O susdu. Mən ona heyran kəsildim,Təbii, onunla şərik deyildimBəzi ayrı-ayrı məsələlərdə.Ona sual verdim durduğu yerdə:– Bəlkə işin səni çox yordu, əmi?– Xeyra, iş o deyil, mən vəzifəmiOlduqca yerinə yetirməkdəyim,Mənfəətsiz deyil hələ əməyim.Fəqət mədənlərə gəldiyim zaman,Yüksəlir başımda yüngül bir dumanTorpağın ödünü yaran buruqlar,Yerin damarını soran buruqlarDəyincə gözümə, dəyişir halım,Dolanır, başımda dönür xəyalım.Hələ istəyirəm – elə birbaşa –Soyunub girəyim yenidən işə.Rahat zamanlarım, yorğun günlərim,Dalğalı günlərim, durğun günlərimBu yerdə keçmişdir. Odur ki, daim,Daim bu şənliyi aramaqdayım.Fəqət bir məsələ… çünki mən bu gün,Bu gecə, maraqla baxıb gördüyünŞubay buruqlara heyran kəsildim,Özümü bir başqa aləmdə bildim.Sanki gözlərimə pərdə çəkildi,Hissim şüuruma hakim dikildi.Ancaq bu gün məni irəli çəkənQardaşım işçilər bilsinlər ki, mən,Nə qədər gəlməmiş yorğunluq çağım,Hər bir vəzifəni daşıyacağım.Bu yeni işimdə qalacağam mən,Mədəni bir işçi olacağam mən.İşçimiz sözünü bitirdi getdi,Məni həyəcana gətirdi getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов