Məktəbli sərgisi
Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!Bizim nə tanrımız, nə qulumuz var,Sosyalizmə çıxan bir yolumuz var,Dərsimiz, işimiz, futbolumuz var,Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!Qələm silahımız, səngər sıramız,Yarasa düşməni basmış qaramız,Dəmir, beton kimi sıxdır aramız,Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!Birinci dərsimiz – İnternasyonal!İkinci dərsimiz – burjuya siqnal...Üçüncü dərsimiz – ölür kapital...Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!Bizimdir kainat, bizimdir həyat,Bizimdir yuksəliş, bizimdir qanat,Bizimdir mətanət, bizimdir səbat.Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-mektebli-sergisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Ağlağan uşaqEy balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.