Oxu
Oxu, sevdiciyim, öz həvəsinlə!İlham qanadlanır sənin səsinlə.Nəğməndə oynasın sellərin səsi,Dan yerindən əsən yellərin səsi.Gülləri qoxlayan bir rüzgar kimi,Qumları oxşayan dalğalar kimi,Titrəyən, çağlayan nəğmən olaydım,Ürəyindən qopan səs mən olaydım,Oxu! Qüvvət gəlsin şeirə, sənətə,Könlümün quşunu gətir heyrətə!Nə qədər bənzəyir, vardım fərqinə,Ömrümün ahəngi sənin şərqinə.Ürək kövrəkləşir sən oxuyanda,Sən də dinləsəydin mən oxuyanda!Oxu, sevdiciyim, öz həvəsinlə!İlham qanadlanır sənin səsinlə!
-1936*
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-oxu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Balama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,