Ana laylası
Balama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,Göydən enmiş mələk gəlib yanıma,Balama söyləsə şirin dillər:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat quzum, bir az dincəl.Ciyərim parəsi, gözüm nuru,Dərdimin sən əlacı-məşhuru,Qulluğunda anan pərəstardır,Söyləyir cənnət içrə hər huri:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat qızım, bir az, dincəl.Yaşa, böyülən sağ ol, cavan canım,İgid ol, ərsəyə gəl, oğlanım,Oxu, ol millətin pərəstarı,İndi yat, yuxula dərdə dərmanım:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat quzum, bir az dincəl.Aqil ol, çat kamala, ey oğlum,Alim ol, elmi-hala, ey oğlum,Mərifət məktəbində xoşbəxt ol,Uğrama heç zəvala, ey oğlum:– Qoy anan da yazıqdı yatsın, gəl,Yat balam, yat quzum, bir az dincəl.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resid-efendiyev-ana-laylasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Qısqırılıb hürürsən ki: "Sənin bəndən nəyin artıq!"Qızma, dostum, elmə qalsa, bən də sənin günündəyim.
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
ŞirinmişBunu yaxşı bilir arif olanlar,Qürbətdə yar sevmək nə şirin imiş.