“Səni mən sevməyirəm, sevməyirəm...”
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.Get-gedə qəflət edib elmə dedi:“Səni mən sevməyirəm, sevməyirəm”.
Cahil olduqda, qapandı gözümüz,Qanmadıq, evmizi yıxdıq özümüz,Sənətə, elmə bu oldu sözümüz:“Səni mən sevməyirəm, sevməyirəm”.
Rövzəxan söydü bizi hiylət ilə,Xalqın ağzın qapadı lənət ilə,Anlayan şəxsə dedi nifrət ilə:“Səni mən sevməyirəm, sevməyirəm.
Mollalar təfriqəyə oldu səbəb,Çıxdı yetmiş ikidən çox məzhəb,Dedi yek-digərə bunlar əğləb:“Səni mən sevməyirəm, sevməyirəm”.
Zillətə cəhlə düşəndən bu yana,Düşmən olduq mədəniyyətlə fəna,O bizə söylədi, bizlər də ona,“Səni mən sevməyirəm, sevməyirəm”.
Yar ararkən özünə Sonya xanım –Deyirik gəl başına mən dolanım,O bizə söylər: “İtil, get, a canım!Səni mən sevməyirəm, sevməyirəm!”
Çatcaq övladımız on beş yaşına,Qətlü qarət dolur ancaq başına,Deyir öz qohumuna, qardaşına:“Səni mən sevməyirəm, sevməyirəm”.Günü-gündən işimiz oldu yaman.Rahətü afiyyətü əmnü əman,Əlvida etdi bizə, qıldı bəyan:“Səni mən sevməyirəm, sevməyirəm”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-seni-men-sevmeyirem-sevmeyirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Payız çağında hər səhər soyuq-soyuq külək əsər.Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,
Müsəlman ürəfalarıYeri düşsə əgər müsəlmandır,Vaxt olur ya İvan, ya Vartandır.
AlimnümalarÜzü insan, qafada heyvandır,Zöhddə iddiası Səlmandır.
“Sabir, ey şairi-dühapərvər”Sabir, ey şairi-dühapərvər.Eylədin ərşi-kibriyayə səfər,