“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,Sən tanımırsan bu bizim mollanı,Başın üçün, yoxdur həyası, qanı,Halvanı görcək unudur Quranı.

Kərbəlayı, molla cibişdanqulu,Xalqı soyub bangə qoyubdur pulu,Bircə deyən yox ona “ay bambılı”,İndi ki, tərk etməlidir dünyanıSən niyə dördəlli tutubsan onu?”

Dəmbədəm ülgüc-bülövün savlayır,Milləti min hiylə ilə tovlayır,Körpə, yetim cücələri ovlayır,Çox iti qaynaqlıcadır tərlanı,Gör necə viran eləmiş İranı.

Kuçədə naz ilə edərkən xüram,Lütf edib almaz füqəradan salam,Kasıba hərgiz eləməz ehtiram,Daim özün eylə tutar sallanı,San bu cənab xəlq eləmiş dünyanı.

Pullunu görcək su kimi axmayır,Otduğu yerdən ayağa qalxmayır,Üzdən iraq, ağ üzünə baxmayır,Minbərə tərlan kimi ta tullanı,Püskürür, atəş sovurur hədyanı.

Bir neçə qansız, həyasız adəmi,Cəm eləmiş başına, yoxdur qəmi,Xəncərin indi kəsir ardı, dəmi,Hər gecə bir yanda yeyir büryanı,Sonra xoruldatmadadır qəlyanı.Kəndi dilənçiykən, adı ağadır,Xalqa rəis olmuş, özü çağadır,Fikri fəqət milləti soymağadır,Yoxdu fəzilətlərinin sayanı,Bəsdi daha, ərzim olar tulanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине