Dağlarının başı qarlı,Sinəsi yaşıl ormanlı!Dərələrin şirin barlı,Azərbaycan! Azərbaycan!

Səhraların sünbüllüdür,İl müdam üstü güllüdür!Bağçaların bülbüllüdür,Azərbaycan! Azərbaycan!

Durna gözlü bulaqların,Cənnət kimi yaylaqların!Geniş-geniş oymaqların,Azərbaycan! Azərbaycan!

Ormanında maral gəzər,Çöllərində ceyran süzər!Göllərində qazlar üzər!Azərbaycan! Azərbaycan!

İlxında ayğır kişnəşir!Naxrında buğan güləşir!Süründə əmlik mələşir!Azərbaycan! Azərbaycan!

Qayaların əlvan mərmər!Belində var qızıl kəmər!Bir yanında Bəhri-Xəzər!Azərbaycan! Azərbaycan!

Sinən odu şölə salır!Dünya səndən işıq alır!Verməyəndə, zülmət qalır!Azərbaycan! Azərbaycan!

İpək, pambıq, yunun çoxdur!Arpa, buğda, düyün çoxdur!Hər şeyin var, nəyin yoxdur?!Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!Gur-gur axar neçə çayın!Bol veribdir, fələk payın!Azərbaycan! Azərbaycan!

Laçının var, tərlanın var!Çoxlu şirin dastanın var!Qorxun yoxdur, düşmanın var!Azərbaycan! Azərbaycan!-Gəncə, 1919*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине