O gün ki, fəsli-yaz olar,Gecə, günüz taraz olar.Havanın artar istisi,Daha soyuqluq az olar.Ərir dağın, çölün qarı,Axar dərələrə sarı.Gurultu ilə sel gələr,Salar sədaya çayları.Qaranquş ol zaman gələr,Yenə tikər yuvasını,Qonar yaşıl ağaclara,Oxur gözəl havasını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов