Səhər
Qaşlardan qaşlara süz, romantikam!Könül sularında üz, romantikam!Bu əngin sənindir, bu yer sənindir,Ulduzlar sənindir, güllər sənindir.Çırpınsın şövqunlə söz, romantikam!Ey mənim könlumə göz, romantikam!Bu zəngin varlığı bəzəsin, burax,Mənim öz xəyalım, öz romantikam!-I**Uç, mənim, uç, mənim uçağan bacım!Yetər süründüyün, mehriban bacım!Düzlərdə ceyran ol, sularda yelkən,Göylərdə tərlana acıq verərkən,İstədiyin qədər havalan, bacım!Açıqdır arzuna asiman, bacım!Çıxmasın əlindən tutduğun sükan,Inqilab yavrusu, qəhrəman bacım!Uç, qovuş göylərə, göylər sənindir,Sanma yalnız sənin Yer vətənindir.Bulud çəmən kimi, ulduzlar çiçək,Gəl bu çiçəklərin ətrini sən çək!Demək göy də sənin göy çəmənindirHər ulduz nərgizin, yasəmənindir.Bunları qoxlamaq nəsibi ancaq,Əlini, ağlını işlədənindir.Uçarkən göylərə min bir həvəsləMənim arzumu da könlündə bəslə!Bir nəhəng ölkənin timsalısan sən,Yüksələn bir elin xəyalısan sən,Bütün qadınlığı ardınca səslə!Səslə, döyüşsünlər köhnə qəfəslə.Əski nəsil bilir, sərgüzəştini.İzin ver söyləyim bu yeni nəslə.Doğuldun Qarabağ ellərində sən,Gəzmədin sevdanın əllərində sən.Doğuldun, üzünə baxan olmadı,Səninçin ürəyi axan olmadı.Boğuldun göz yaşı sellərində sən,Bir tumar görmədin tellərində sən.Ay Səhər, çox zaman yoxsul atanınDolaşdın zəhərli dillərində sən.Atıb anan səni bir qəmli küncə,Sənə süd verərdi sanki ödüncəBaxardın hər kəsə gözləri yaşlı,Çunki sən qız idin, ay başıdaşlı!Çocuqdun, dərdini duymazdın öncə,Sən yüz yol ağladın, bir yol gülüncə.Hər zaman söylənib atan deyərdi:“Arvad tayfasılə yoxam ölüncə!”Azmı qadınlığa qaşlar çatılmış,Oda qurban getmiş, suya atılmış?Sarılıb əndamı ipək tüllərə,Azmı diri-diri gömülmüş yerə?Qadın sürü kimi önə qatılmış,Qullar bazarında azmı satılmış?Varaqla keçmişi, görərsən, əfsus,Qadın hey ağlamış, hey ağladılmış.-II**Böyüdün, ay Səhər, sən yastı-yastı.Sonra hər kəs səni bağrına basdı.Yıxıla-yıxıla ayağa durdun,Gecəni, gündüzü artıq duyurdun.Ay, gün gözlərində bir zərli tasdı,Göy birini aldı, birini asdı.Sən də qarğı kimi birdən boy atdın,Uzun saçların da sanki Arasdı...Atandan nə deyim: atan çobandı,Qaravaş ananın dərdi yamandı;Xanım gətirmişdi yazığı cana,Bu qəmli dastanı söylərkən sana,Neçin bağrın yanıb, yaşın dayandı,Qurunun oduna yaşın da yandı?Neçin ayna sular, aydın üfüqlərBirdən gözlərində axdı, bulandı?!O keçən ömrünüz donmuş qar kimi,Zaman isti əsən bir ruzgar kimi.Sən də bir xanıma qulluqçu oldun,O qədər keçmədi gül kimi soldun.Xanımın hər sözü zəhirmar kimi,Sən bir quzu, o bir canavar kimi.Çəkilib xəlvətə uzun gecələr,Axdı göz yaşların ulduzlar kimi.Ay Səhər, atanı görüncə təkdir,Derdin: “Qoy işləyim, ona köməkdir”.İş ağır olsa da qaçan deyildin,Bir sabah çəkib, aynada bildinYanağın xəzəldir, ahın küləkdir;Küləkdən solmayan hankı çiçəkdir?Hər yetən nə bilir sərgüzəştini,Bu dərdi anlamaq, duymaq gərəkdir.Sana neyləmədi orda qız, gəlin?Qab-qaşıq yumaqdan qabardı əlin.Hər zaman xanımın əli yaxanda,Özün ağırlıqda uşaq arxanda.Gecə yatarkən də ağrırdı belin;Tükəndi həvəsin, söndü əməlin.Hayıf ki, bilmədin çör-çöp də olsanAlarsan önünü bu azğın selin!Səhər, uşaqlıqda günmü gördün sən?Hər gecə bağçada düşünürdün sən.Ay da bu halına göstərib maraq,Nurilə zülfünə çəkərkən daraq,Bir parça göy kimi görünürdün sən,Pul-pul ulduzlara bürünürdün sən.Günəşin altında, səhərdən yenə,Yavru ilan kimi sürünürdün sən!Mən bilə bilmirəm dərdini səncə,Kimsə evinizə gəldi bir gecə,Üz tutub atana dedi: “Ay kişi,Balana yazığın gəlsin: hər işiBir yekə külfətdə, o görür, necəDözürsən də buna? Uşağın incə,Göyərçin qəlbini rəvamı didsin,Gözün görə-görə bir qanlı pəncə.”Bu acı sorğular verilən zaman,Başını aşağı salmışdı atan.Bir acı hiss ilə düşmüşdü dərdə,Bir şeylər cızırdı əlilə yerdəSanki su axırdı qaya alnından,Başını qaldırıb eylədi üsyan.Dedi: “Bir ölmədik, qurtulaq, kişi,Bu qədər tənəyə dözərmi insan?”O gecə onların yoxdun yanında,Bir yuxu ağrısı vardı çanında.Beşiyin önündə gözün axırdı.Ağırlaşan başın boynunu qırdı.Küləklər gecənin bu zamanındaDərdini söylərdi öz kamanında.Yandı, çıtırdadı qəlbin od kimiKöküs dedikləri buxurdanında.Bilsəydin, ay Səhər, sən onda neydin?Sən gözlərdən düşən bir damcı şehdin.Kim vardı bağrına səni basaydı,Uşaq dillərinə qulaq asaydı?Kim vardı yanında sən əyləşəydin,Onunla dinləşib diləkləşəydin?Sən dağlar dibində bir həzin irmaq,Sən dağlar başında bir xəstə neydin!Gözlədin, bəzəyin, düzəyin yoxdu,Deyib-danışmağın, gülməyin yoxdu.Yoxdu ayağında zərli başmağın,Yoxdu gül üzündə güllü yaşmağın.Başında saçaqlı örpəyin yoxdu,Zərxaran, atlasın, ipəyin yoxdu.Dəlimi olmuşam, bu söz nə sözdür,Yeməyə bir qarın çörəyin yoxdu!-III**Yenə ötən illər yadıma düşdü,Səhər, sizin ellər yadıma düşdü.Dərələr, təpələr, qalın ormanlar,Dağların üstündən keçən dumanlar,Çağıldayan sellər yadıma düşdü.Uğuldayan yellər yadıma düşdü.Sonra bu aləmi, bu gözəlliyiQarışdıran əllər yadıma düşdü.Çox deyil, on beş il bundan qabaqdı,O il Qarabağda qandan sel axdı.Dağlara, daşlara yaman səs düşdü,Vurhavur, qırhaqır, kəshakəs düşdü.Türk ilə erməni qanlıbıçaqdı,Göydə şimşək kimi qılınclar çaxdı.Aprel inqilabı yetişməsəydi,Bugünkü qardaşlıq olmayacaqdı.Sizi əsir etdi bir dəstə daşnaq,Birisi nağanı şaqqıldadaraq,Sərdi qan içində ananı yerə,– Qoy çıxsın yadından həmən mənzərə –Sonra bir erməni edib əl-ayaq,“Mən öldürməliyəm bunları ancaq”, –Deyə, alıb sizi gizlin buraxdı,O Bakı işçisi – o usta Arşaq.Yenə keçmişini andı Qarabağ,Nə deyim: bir zaman candı Qarabağ.Uydu məliklərə, uydu bəylərə,Bir axşam fəryadı çıxdı göylərə.Neçin ilqarını dandı Qarabağ?Pozdu bir əzəli andı Qarabağ?Musavat atəşi, daşnaq fitnəsi.Alışdı Qarabağ, yandı Qarabağ.İnqilab ölkədə qaynadı, daşdı,Üz-üzə varliylə yoxsul tutaşdı.Partladı qaz kimi kinlər, acıqlar,Coşdu ürəklərdə köhnə yanıqlar.Qırmızı dalğalar dağları aşdı,Müsavat başını götürdü qaçdı.Günəş bayrağını bir qızıl əsgərBir sabah da sizin dağlara sancdı.Onda on beş yaşın olardı, Səhər,Boyun boy deyildi, çinardı, Səhər.Çox sevərdi yarın, yoldaşın səni,Yaman bəzəmişdi nəqqaşın səni.Üzün bir səfalı bahardı, Səhər,Yerişin bir lətif ruzgardı, Səhər.Ürəyin bir bahar buludu kimi,Bir zərif vurğudan dolardı, Səhər.Hələ bilməyirdin bu gediş nədir,Çarxını dəyişən bu gərdiş nədir?Nədir bu vurhavur, nəyin üstədir?Görürdün insanlar dəstə-dəstədir.Yenə bilməyirdin, əsil iş nədir,Şikayət, ərizə, sərzəniş nədir?Gördükcə ətrafda şiş papaqları,Deyirdin: “Hökumət dəyişmiş nədir?”Xanımın da sənə qılıqlanırdı,Bu haldan gözlərin işıqlanırdı,Deyirdin: “Özütək heç insan olmaz,Hayıf, tutması var yazığın bir az”.O, keçən günləri fəqət anırdı,Içərdən tutuşub qəlbi yanırdı.O səni burovuz olduğun evdəQulluqçu olsan da, xanım sanırdı.Neçin keçmişinə güldün bu yerdə?Bilməm, nə məna var bu gülüşlərdə?!.Yoxsa, gözəl Səhər, utandınmı sən,Bu dilə gəlməyən sadəliyindən?Sorma ki, o saya keçmişim nerdə?Bu qədər sadəlik olmaz bəşərdə!Keçmişin üzünə, yadında yoxmu,Tarix necə çəkdi bir qara pərdə?!Sənə ağangildə xırda uşaqlarDedi: “Biz olmasaq, səni kim saxlar?”Bir gün atan gəlib dedi: “Dur gedək,Bağlanan qapını açar bu fələk!”Xanım bilirdi ki, bu şişpapaqlarOnun busatını dağıdacaqlar.Söylənib deyirdi: “Hökumət olmuş,Allah, bu kürkləri yağlı pasaqlar!”Ah, bu forslu xanım nə acıdildir!..Uçub indi, Səhər, aləmə bildir!Aləmə bildir ki, yağlı pasaqlarQolunda kürənin hökmünü saxlar.Uç bacım, hər anın bir şanlı ildir.Sənin bu sürətin, sürət deyildir...Sən bir dəmir qala, onlarsa bu günQuru bir həyula, boş bir şəkildir!Bir yeni qəlb çarpır, bu gün sinəndə,Bir sərxoş kimiyəm nəşənlə mən də.Nəşəm həqiqətdir, sanma xəyaldır,Al, bu üfüqlərə məni də qaldır!Apar, bu arzuma, nazlanma sən də,Apar, istəsən də, istəməsən də.O mühəndis qıza, bu doktor qızaMən də şeir yazım keyfim gələndə!Yaşarkən dünyada qorxa-qorxa sən,Bir uçuş fəxrisən indi xalqa sən.Sən ey insanlığın böyük yarısı,Anası, bacısı, qızı, qarısı!Yarınkı qovğada bizə arxasan,Dönərsən, uçunca Qərbə, Şərqə sən,Sehribaz adilə oda yaxılanGözəl çoban qızı Janna d’Arqa sən.Tarix şəninizi etməkdə təqdis,Ey Iskit elinin anası Tomris!Ah, Key Xosrov sizə yandan baxdısa,Gözəl oğlunuzu oda yaxdısaOnun da başını kəsib həmən siz,Qanlı bir dərəyə diyirlətdiniz,Dediniz: “Sağ ikən qandan doymadın,İndi doyunca iç, sən ey müftəris!”1Tarixdə azmıdır böylə qadınlar?Dostlarım keçmişi varaqlasınlar.Türk qızı Tahirə nələr yapmadı?Yazıq, şəriətin əbus cəlladıVerdi edamına bir axşam qərar.Şərqin qadınlığı gullü gülüzar,Anıb Tahirəni, qara baxtımaGöydə bulud kimi ağlasın zar-zar!Yetər, süslədiyin daş salonları,Qapansın ömrunün pavilyonları!Yadına düşməsin hərəmxanələr,Nələr çəkmiş başın, ey qadın, nələr!Yetər oynadığın dərd oyunları,Ey sevimli ana, unut onları!Fəqət keçmişinə dalıb xatırla,At minib, yay çəkən Amazonları.Yetər, xatırlama Yunanıstanı,Gözəllik tanrısı Afroditanı.Oxucum, tarixi qarşında susdur,Nə şeir pərisi, nə də VenosdurBizim dünyamızın bu qəhrəmanı;Özgə bir dastandır onun dastanı!Bizim gözəlləri, bizim qızları.Ürəyindən tanı, işindən tanı!Uç, qadın, uç, qadın, bu nə büsatdır!Çaldığın qolmudur, yoxsa qanaddır?Sən ki, bir ov kimi torda yaşardın,Bilməm bu uçmağı necə başardın?Sənə zəif demək – cəfəngiyatdır.Bir az keçmişini ara, aratdır!Səni müti edən, səni qul edənƏski məişətdir, əski həyatdır!Həyat köhnə kəndə saldı yeni dəb,Bir dağın döşündə açıldı məktəb.Könüllər açıldı, gözlər açıldı,Yaşmaq götürüldü, üzlər açıldı.Etdi məktəb səni atandan tələb,Bilindi inqilab, bilindi mətləb.Hər axşam kurslara gedərkən sənəTəkcə molla Cəbi baxırdı çəp-çəp.Budur dərsin, işin, budur futbolun,Doğrudur məqsədin, doğrudur yolun.Ay Səhər, nə gözəl oxuyursan sən!Özünü iclasa toxuyursan sən!Onlara deyirsən: komsomol olun,Bunlara deyirsən: məktəbə dolun.Düşünmə boş yerə, ay Qoşqar kişi,Qızının canı sağ, yoxsa da oğlun!-IV**Həyat köhnə kəndə saldı yeni dəb,Bir dağın döşündə açıldı məktəb.Yaşmaq götürüldü, üzlər açıldı,Etdi məktəb səni atandan tələb,Bilindi inqilab, bilindi mətləb.Hər axşam kurslara gedərkən sənəTəkcə molla Cəbi baxırdı çəp-çəp.Budur dərsin, işin, budur futbolun,oğrudur məqsədin, doğrudur yolun.Ay səhər, nə gözəl oxuyursan sən!Özünü iclasa toxuyursan sən!Onlara deyirsən: komsomol olun,Bunlara deyirsən: məktəbdə dolun.Düşünmə boş yerə, ay Qoşqar kişi,Qızının ccanı sağ, yoxsa da oğlun!Səhər, illər keçdi, boy atdın demək,Atana əlini uzatdın demək.Bildin həyat nədir, bildin iş nədir,Bu gəliş, bu gediş, bu gərdiş nədir.Atanın dadına tez çatdın demək,İxtiyar başını ucaltdın demək.Keçincə könlündən bir incə duyğuSevdanın könlünü qanatdın demək.Şaqraq çocuqluğu yendin, devirdin,Sən gözəl könlünü bir gəncə verdin.Vermədin əlindən ixtiyarını!Gənclik kitabının yarpaqlarınıİki il onunla birgə çevirdin;Sən onu canından artıq sevirdin.Qızların içində onun söhbəti,Onun məhəbbəti olmuşdu virdin.Sevdaya düşməyən bir həyat heçdir.İç onu, gör necə sərin atəşdir!İç onu, iç onu, könlün şən olsun;Həyatın rəngbərəng bir gülşən olsunSevgi gözəlliklə ayrılmaz əşdir,Biri aydır onun, biri günəşdir.Sevgini işinə, qəlbinə bağla,Ömrümüz onunla şəndir, güləşdir!Cahan bir bağçadır, insan ağacdır,Məhəbbətsə ona sudur, əlacdır.Düşün ki, ibtila, dünyada ancaq,Insanı eyləmiş donuzdan alçaq,Insan məhəbbətə daim möhtacdır.Tək sanma cismani bir ehtiyacdır.Ürək bir qönçədir onun başında,Sevgi şən-şən ötən bir sindivacdır.Uç, Səhər, uç, Səhər, bizim ölkədəAramaz eşqini qadın kölgədə.Uzaq üfüqlərin altında lakinEhtiyac etmədə qadını miskin;Məhəbbət ləkədə, könül ləkədə;Həyat ən çıxılmaz bir təhlükədə.Siyasi dərsində bu həqiqətiMüəllim söyləmiş sənə bəlkə də.Artıq, Səhər, səni sevmək qolaydır,Bir suyun günəşdir, bir suyun aydır.Tərifin söylənir ellər içində,Adın şirin-şirin dillər içində.Deyirlər quzu tək olduqca naydır,Elçilər qapıda alay-alaydır.Bir aşiq də səni görüb soruşdu:“Sənə bu gözəllik haqdanmı paydır?”-V**Çəkilib irəli sən də sonrası,Seçilib olmuşdun bir kənd şurası.Atılıb iclasda söz danışanda,Danışdığın sözü düz danışanda,Qalxardı salonun ura-urası,Sellərin, suların orkestrosuCoşarkən bu zaman sənin adına,Ömrünün xoşuma gəldi burası.Səhər, gənclik kimi mövsüm də yazdır,Gündüz sərin keçir, gecə ayazdır.Axır sellər, sular, bulanır, axır,Dağların başına dolanır, axır.Quzeylər hələlik qardır, bəyazdır,Yaşıl dağ döşləri mehmannəvazdır.Çobanın çaldığı dağ başında ney,Aşığın yamacda çaldığı sazdır.Bu yaz dağda gül, bənövşə içində,Beş-altı qızdınız nəşə içində.Ah, o gün nə qədər sevimli gündü!Birdən qarşıda bir atlı göründü,Əsdin bir qorxulu rəşə içində,Qırıldı bir zərif şüşə içində.Yıxıldın, sabahı özünü gördünBir dar mağarada, meşə içində.Kənd öylə sanırdı, Səhər, o gün sən,Bəylərlə qoşulub qaçan özünsən.Sevdiyin Qara da öylə sanırdı,Hirsindən gözləri alovlanırdı.Bilməzdin nolacaq, heç kəndə dönsən,Qaranın gözünə bir də görünsən.Gör sən nə haydasan, el nə haydadır,Elinki qiybətdir duysan, düşünsən.Səni əsir edən Bəylərdi, ay qız!Sən çəkə bilməzdin bu dərdi, ay qız!Bəylər, o qolçomaq Ağanın oğlu,Ürəyi kin dolu, intiqam dolu,Baxışı sanki bir nəştərdi, ay qız!O sənə ər olmaq istərdi, ay qız!Bir yandan iltifat, bir yandan qorxu,Sənə min bir sifət göstərdi, ay qız!Atıldı üstünə Bəylər harınca,Alma yanaqların döndü narınca.Əlindən sıçrayıb çıxdın quş kimi,Baxdı bir az sana qudurmuş kimi.Dedin, qollarını təkrar sarınca:“Məni sel aparsın sana varınca.Çəkil, nə istərsən ətəklərimdən,Ehtiras çölündə gəzən qarınca.”Duyğusuz, qanına sanki qanıqdı,Bu zülm deyildi, bu bir yanıqdı.Dedin: “Ey yaramaz, bu da vicdanmı?Bədənimdə gəzən qamçı ilanmı?”O səni yumruqla torpağa yıxdı.Bütun duyğuların sonuna çıxdı;Bilmədi heyvanlar, bilmədi quşlar.Ormanda çəkdiyin nə qışqırıqdı.Bu qədər qorxulu duzaq olurmu?Yollar da bu qədər uzaq olurmu?Ağaran dan yeri bir gümüş kimi,Sənsə günbatana gömülmüş kimi.Bu yerdə qol-qanad açmaq olurmu?Bir qartal olsan da uçmaq olurmu?İstər dağ qarısı, istər insan ol,Bu qara zindandan qaçmaq olurmu?Bir gün Bəylər səni qoymuşdu yalnız,Çırpınır, dururdu qəlbin aramsız.Bu vəhşi ormandan uçmaq dilərdin,Bu qara zindandan qaçmaq dilərdin.Neyləsin bu yerdə zavallı bir qız!..Tapdın, bir çobana etdin dil-ağız.Hardansa bulmuşdun qırıq bir qələm,Yazırdın qarşında parça bir kağız.Deyirdin: “Ey qələm, təhrirə gəl, gəl!Ey quruyan dilim, təqrirə gəl, gəl!”Ürəyin nə isə çox tələsirdi,Yazırdın, əlində qələm əsirdi.Yazırdın: “Ey Qara, tədbirə gəl, gəl!Bağlanmış kimiyəm zəncirə, gəl, gəl!Qulağım səsdədir, gözüm yoldadır,Salma yardımını təxirə, gəl, gəl!Mənim sevgilimə bircə sözüm var,Yansam da, qəlbimdə hələ dözüm var;Od suya düşəndə sızıldamazmı?Mənim də göz yaşım, atəşim azmı?Nə gecəm gecədir, nə gündüzüm var,Başqasında deyil, səndə gözüm var.Nə qədər əssə də çoşqun küləklər,Sovda yollarında yenə izim var!Gözləyərəm sizin sarıdan haray,Ey sevgimdə məni yarıdan, haray!Bəylərin əlində bir dustağam mən,Hələ ölməmişəm, hələ sağam mən.Haray, haray mənə anrıdan, haray!Yenə keçdi gecəm yarıdan, haray!Bilirsən, gözləmək hədərdir indiPirdən, peyğəmbərdən, tanrıdan haray!”-VI**Bəylər öküz kimi yatmışdı sərxoş,Paltarilə yerə sərilmişdi loş.Bir daş bulaq kimi qanın qaynadı,Çəpərdə quş kimi gözün oynadı.Dedin öz-özünə: “Bu fürsət nə xoşƏhə, al nağanı ehtirasla coş,Öldür bu alçağı, çıx bu dərədən,Bu sirli meşədən azadlığa qoş!”Sürahi qəlbinə dolmuşdu bir kin,Əski şərab qədər qüvvətli, kəskin.Dayandın Bəylərin səssiz yanında,Acıq atəşləri axdı qanında.O, xor-xor yatırdı yerində çirkin,Öldürmək istədin sən onu ilkin,Qəlbində silməyə həmən bu hissiKim sana söylədi titrəyib çəkin?!Titrədin, silahın düşdü əlindən,Heç bir şey çıxmadı bu əməlindən.Nə yaxşı, yuxudan qalxmadı Bəylər,Qəzəblə üzünə baxmadı Bəylər;Yoxsa yapışaraq ipək telindən,Keçirərdi səni bir qan selindən.Olardı bir üzün şimşəkdən qara,Bir üzün payızın qəm xəzəlindən.Ay, Səhər, Bəyləri niyə vurmadın?Neçin əsdi sənin qolun, qanadın?Neçin öldürmədin yağını, Səhər?!Içirmədin ona ağını, Səhər?!O, aldı ömrünü yenidən satın,Bu dönüş yolunda niyə axsadın?Bir bıçaq ağzına düşən quş kimi,Ürəyin titrədi neçin, ey qadın?!Düşün, quduz kimi birdən qudurdu,Böyük rəhbərini bir qadın vurdu.Ağların qadını böylə yaparkən,Çaxmağı çaxmadın, bilməm neçin sən?!Neçin bu həmlədən əllərin durdu,Duyğun düşüncəni göyə sovurdu?Səni aciz edən sadə zəiflik,Onu çırpındıran möhkəm şüurdu.Çox keçməz, ay Səhər, sən də bəşərsən,Bu acı səhvini başa düşərsən!Bilərsən bu döyüş, bu həyat nədir,Nədir dünyadakı partapart, nədir,Sən də yavaş-yavaş möhkəmləşərsən,Döyuş meydanında yaxşı bişərsən.İşdir, bir qolçomaq əlinə keçə,İpini gizlicə özün eşərsən.-VII**O qədər vermədən ara, gözəl qız!Çatdı harayına Qara, gözəl qız!Artıq nə iztirab, artıq nə qorxuAğalıq etməsin qəlbinə qorxu!Baxma, düşdünsə də dara, gözəl qız.Tapıldı, dərdinə çara, gözəl qız!Söylə, öz gülünü cahan bağındaBulbül tapşırarmı xara, gözəl qız?!Qaçmışdı qorxudan üzünun qanıƏyilib yenidən aldın nağanı,Səhər, ürkə-ürkə baxıb arxana,Əlvida eylədin, həmən zindana.Səmada ulduzlar göz yaşın sanı,Gördün nur içində bütün dünyanı.Çıxarkən dişarı ürək dolusuQucaqladın səni sevən Qaranı.Yatırdı hər şeydən Bəylər xəbərsiz,Qoydunuz üstünə atın yəhər siz.Minincə sel kimi çıxdı ovuqdan,Sürəti şimşəkdən, ayağı oxdan,Dırnağı dəymədən torpağa, yersiz,Keçdi ömür kimi tozsuz, kədərsiz;Kölgəniz düşmədən deyirlər yerə,Keçdiniz, getdiniz burdan, Səhər, siz.Kopüklər axaraq atın yalından,Ulduz qığılcımlar qopdu nalından.Bir qıvrım dumandı, bir qıvrım alov,Deyirdin Qaraya: “Qov, dalımca qov!Bəylər hey yağdırsın güllə dalından,Çıxarmı mindiyin bu at halından?Külək rəftarını görmüş olaydı,Kimsə söz açmazdı öz xəyalından.Demək, sürdun atı Qaradan gözəl,Olmadı qarşında yoxuşlar əngəl,Qalmadın sevdiyin Qaradan geri.Burax, Şərqin, Qərbin alimcikləriErkəyi qadına yazsınlar bədəl,Sən tovla qamçını göydə mükəmməl,Sanki at üstündə sən bir dumandın,At sənin altında bir sarı məşəl.Bir kərə altında büdrəmədən at,Ay Səhər, mənzilə çatdın salamat.Mənzilə çatanda sən bilirsən ki,Bir şərqli karvanın susmada zəngi,Sənin çarpan köksün durmadı fəqət,Ürəkdə döyüntün çoxaldı qat-qat.Bu döyüşdən çıxan kinli köksününTelləri çalırdı min bir muğamat.Sonra kimdi o qız əsəbi, titrək,Kolxozçu kütləyə yol göstərərək,Çovğun bir gecədə dağlara çıxdı,Acıqla qundağı döşünə sıxdı?Ona salam verdi əsib keçərək,Dağların başında hayqıran külək.Kimdi qaçaqlara, kimdi Bəylərə,O gecə əmr edib yedirən kötək?!Yapan bu şeyləri səndin, ay Səhər!Nə qədər o gecə şəndin, ay Səhər!Bəylərin əlini, qolunu sardın,Bir baxışla onun bağrını yardın.Demək, qart yağını yendin, ay Səhər!Üstünə dağ kimi endin, ay Səhər!Nə olur, bir az da məndə olaydıSənin siyasətin, fəndin, ay Səhər!Nəşəli səsində qəmli bir ahəng...Sevincdən göz yaşın axdı rəngbərəng.Dolambac yollardan çıxdın bir düzə,İztirablı gecən döndü gündüzə.Dan yeri alnına hördü bir çələng,Artıq həyat sənə göründü qəşəng,Ellər, bir duyğusuz erkək arslanıYendi, söyləyiniz, dişi bir pələng!Könül, keçmişləri hey xatırla sən,Hey bu yay köksümdən çıxıb fırla sən.Hey çırpın, hey döyün, hey gül, hey ağla!Səhərin dastanı sığmaz bu nağla!Yox, könül, onunçun oxu, yırla sən1,Sözlərdən bir yeni mif hazırla sən.Sözün mənası var, sözün dərdi var,Gəl bir qılınc oynat, hər satırla sən!Sən də yüksəl, qadın, bu nə deməkmiş,Guya saçın uzun, ağlın gödəkmiş...Zəifmiş deyirlər balıq ətlərin,Duyduğun dərdlərin, müsibətlərinFəqət kim bir dəfə adını çəkmiş.Guya sənin işin bəzək-düzəkmiş.Xəbər vermək üçün başarığından,Oktyabr kimi bir gül gərəkmiş.Gərəkmiş Leninin çağırışları,O mətin dühanın hayqırışları.Onun urəyindən qopan atəşlər,Ey qadın, üfqundə yaxdı günəşlər!Yazıq, bir taleyin ələm xışlarıAçarkən alnında qəm qırışları.Nə bilim bir düha doğuraçaqmış,Hüquqsuz ömrünun acı qışları..Uç, qadın, uç, qadın, sən nə mələksən;Nə altun qanadlı bir kələbəksən!Səni, düşgünlüyə uyanlar ancaqEhtiras əlində etdi oyuncaq.Sən nə hərcayi quş, nə şux çiçəksən!Nə bizə tor quran bir hörümçəksən!Sən ey insanlığın ilk əkinçisi,Dünyanı şənlətmiş, şənlədəcəksən!..Ey Səhər, qəm basar dünyamı sənsiz,Tükənər şairin ilhamı sənsiz.Ey Səhər, ey ana, ey gözəl qadın,Inan, özün qədər şirindir adın.Sürdülər o keçən əyyamı sənsiz,Pozuldu dünyanın nizamı sənsiz.Keçirmək olurmu, ey yaxşı yoldaş,Gələcək möhtəşəm bayramı sənsiz!Ey cəbhə yoldaşım, ey can yoldaşım!Vaxtilə meydandan qaçan yoldaşım.Qadın hər cəbhədə böyük qüvvədir,Bu söz rəhbərimdən bir vədiədir.Ey göy dənizlərdə uçan yoldaşım,Ömur yelkənini açan yoldaşım.Bu uçuş, bu qanad, bu firuzə göySana verilmişdi haçan, yoldaşım?!Mən səni almadım sadə xülyadan,Mən səni öyrəndim bizim dunyadan.Ey böyük həqiqət, ey şirin xəyal,Ey nazlı göyərçin, ey güclü qartal!Nə ölüm xofudur qəlbində yağan,Nə şəhvət qurdudur səni oyatan!Mənin qəhrəmanım seçilsin gərəkHəm Kleopatradan, həm Ofelyadan!-VIII**Doğrudan, nə qədər gözəldir payız,Ona söyləməyin vərəmli bir qız.Onun da sevimli bir halı vardır,Bəlkə bir nəşəli məlalı vardır.Dostlar, əlinizdən çıxdı yayınız,Bu gün təbiətdən budur payınız.Baxarkən göylərə, bir gənc şairinBuludlu uzünü xatırlayınız...Solğun təbiətdə bir ayrılıq var,Baxır yarpaqların ardınca dallar.Dönmüş kəhrəbaya sular xəzəldən,Əlində cam tutmuş ruzgar xəzəldən,Məst olub özünu ətrafa çarpar.Bəzən də hirsindən buludlar ağlar.Yaman yerdə çıxdı əlindən, ey gənc,Eşinlə gəzdiyin kölgəli bağlar.Bir payız fəslində sən də bir səhərKəndindən ayrıldın axır birtəhər.Gözün hər addımda dala baxırdı,Lakin içində bir arzu axırdı:“Görəsən necədir, deyirdin, şəhər?”Atılıb mindiyin dəmir bir kəhərGətirib çıxartdı səni Bakıya,İlk dəfə şəhəri gördün, ay Səhər.Bu şəhər Bakıdır, yaxşı bax, ay qız!Atsın baxışların qol-budaq, ay qız!Bir bax, nə möhtəşəm mənzərədir bu,Şərqə ilk açılan pəncərədir bu.Inqilab yurdudur bu ocaq, ay qız!Dünyanı eyləmiş çilçıraq, ay qız!O vermiş, o verir zor nəhənglərəEhtişam, dəbdəbə, təmtəraq, ay qız!Uğulda, ey xəzri, çalxan, ey Xəzər!Canlansın qonağın qəhrəman Səhər.Sevirəm qorxulu uğultunuzu,Coşqun musiqili gurultunuzu.Ah, məndə olaydı sizdəki təpər,Görün göstərərdim necə bir hünər!Bu yaxında bizə gərək olacaqŞaxlanan dalğalar, qalxan küləklər.Sevirəm səni mən, ürəyim, qanım,Düşüncə şimşəyim, duyğu tufanım,Həvəs çağlayanım bütün sənindir,Mənim şirin canım bütün sənindir.Sənindir, ey Bakı, şerim, divanım,Can evim, can bağım, canlar bağbanım.Mətin xəyalları üstə döydüyümKöküs dedikləri şeir zindanım.Sevirəm, nə çapuq hərəkətin var,Xəyala sığmayan əzəmətin var.Sevirəm, asfaltlı küçələrini,Sevirəm, ulduzlu gecələrini.Sənin qaranlıqla ədavətin var,Hələ bundan sonra qiyamətin var.Yeni bir əfsanə, yeni bir mifin,Yeni bir dünyaya məhəbbətin var.Sevirəm, sevgimin varmıdır sonu,Fiklrli qızını, alim oğlunü.Xalqa can deyərək iş görənləri,Gözəl kəndimizə ruh verənləri.Sevirəm, mənə çox görməyin bunu,-Şirvana çəkdiyin şose yolunu,Belinə sırmalı bir kəmər kimiYarın sarılacaq Kürün qolunu.Sevirəm gördüyün böyük yarını.Uzun gecələrin iclaslarını,Tarixdə açılan yeni devirdən,O böyük plandan, MingəçevirdənÖncə xəbər verən el cuvarını,Güləş insanlığın şən baharını,Bizim dağ parkında gəzməyə çıxanTotuqlu gəlini, qızı, qarını.-IX**Nədir bu qarşımda yüksələn kulub,Önümdə heyrətlə boşalıb dolub?Sevirəm doğrulan həyatınızı,Ey şura qadını, ey şura qızı!Bu fağır sözləri ürəkdən bulub,Neyləyim, olmuşam hissimə məğlub.Yar məktubu kimi ovcunda sıxsan,Qəlbimin qanını sızar bu üslub!Ay Səhər, heyrətlə süzmə kulubu!Dəyişir həyatın burda üslubu.Bu sənət ocağı, elm ocağıdır,Əski yaşayışı vurub dağıdır.Əli Bayramovun adınadır bu...Neçin bir heyrətin oldun məğlubu?!Nələr öyrənməmiş burda, ay Səhər,Minlərcə Tükəzban, minlərcə Tubu?!Dəyişdi fəsillər, dolandı illər,Axdı gah bulaqlar, gah duru sellər.Burda dərs oxuyub qazandın bilik,Dedin: “Nə gözəldir təyyarəçilik!”Bu gözəl sənətə salıb meyillər,Səhər, üfüqlərə uzatdın əllər.Siz də böylə olun, böylə yüksəlin,Səhərdən dərs alın, ellər, ay ellər!Uç, Səhər, bu uçuş həvəsin gözəl,Göylərdən duyulan şən səsin gözəl.Quş kimi müəlləq vuruşun xoşdur,Gərib qanadını, duruşun xoşdur.Şair bu barədə nə desin gözəl?Hər düşüncən gözəl, hər hissin gözəl!Qoy bilsin bu dünya: çarşaf deyil dəSənin buludlardır, qəfəsin, gözəl!Qoy sənin adına qopsun alqışlar!İnsanlığı sevən səni alqışlar.Alqışlar sənin də istedadını,Alqışlar ananı, sevər qadını.Vüsalınla yazlar, hicrinlə qışlarQəlbini həyata, eşqə bağışlar.Nədənsə ruhuma toxunur bir az:“Vərəmli çöhrələr, məhzun baxışlar.”Qadın tarixini bir yaxşı yoxla,Səni kim eylədi əlində kukla?!Satdın varlığını sadə ət kimi,Dolmuşkən köksümuz məhəbbət kimiƏn gözəl, ən təmiz, ən saf duyuqla.O qəlbi kim vurdu bir acı oxla?!Kim sənin bükülməz boynunu bukduİncidən yapılmış boyunduruqla?!Uç, yayılsın səsin min bir diyara,Qəbrində duşməni bassın bir qara!Qadına dünyada dörd şey gərəkmiş:Məbədmiş, çocuqmuş, evmiş, bəzəkmiş.Sən bu laqqırtıya vermə bir para.Uç, Səhər, Hitler də qalsın avara.O bayquş bir dəmir xarabalıqdanDeyir: “Qadın hara, siyasət hara?!”Uç, Səhər, müstəqil həyatın gözəl!Qırılmaq bilməyən qanadın gözəl!Xoşdur bərabərcə əməyin sənin,Dəyir dünyamıza köməyin sənin.Yaslıda bəslənən övladın gözəl!Dəbdəbən, təntənən, büsatın gözəl!Yeni ailəyə şənlik gətirənMəhəbbətin gözəl, muradın gözəl!Siz, ey döyuşlərdə aşıb-daşanlar,Dostluq məclisində qucaqlaşanlar!Səhərçin gurlasın hər sevinciniz,Onunçun yüksəlin ən birinciniz!Siz, ey “bir az daha” deyib çoşanlar,Dağ-dağ buludları keçib aşanlar!O da öylə sanır, onundur bütünBu aylar, günəşlər, bü kəhkəşanlar!.Sanır ki, bu dunya yeni yaranmış.Bu ulduzlu fəza yeni yaranmış;Yer günün başına yeni dolanır.Ay yeni parlayır, gün yeni yaranır.Sanır Adəm, Həvva yeni yaranmış,Məhəbbət, macəra yeni yaranmış.Şair dediyi bu canlı duyğu,Bu maraqlı məna yeni yaranmış.Uç, Səhər, uçuşun yeyin olsun qoy!Qalxdığın fəzalar əngin olsun qoy!Çalış, uçurumdan çıxar özünü,O tozdan, qurumdan çıxar özünü.İşlə, qanadların gərgin olsun qoy!Cəmiyyət daha da zəngin olsun qoy!Həyat suya düşən, aynaya düşənBir şən işıq kimi rəngin olsun qoy!Qaşlardan qaşlara süz, romantikam!Könül sularında üz, romantikam!Bu əngin sənindir, bu yer sənindir,Ulduzlar sənindir, güllər sənindir.Çırpınsın şövqünlə söz, romantikam,Ey mənim könlümə göz, romantikam!Bu zəngin varlığı bəzəsin, burax,Mənim öz xəyalım, öz romantikam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-seher
Клавиши ← → для перехода, R — случайное стихотворение