Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat

Hər dəni-zadələrin yaxması anı nə rəva,Aşiq və arif və rindanə səzadır Məşkat

Demə sən şəm'i-şəbistan ona biyhudə, saqın,Aftabi-fələk məhfil-çadır Məşkat

Müttəsil şö'lə-fəkənlik rövşən nəyyirdənKəsb edib tabəsəhər zov-numadır Məşkat

Bəzm ki söhbəti-xuban nəzakət-keşan,Olmaz əvvəl bəzmdə yandırma, xətadır Məşkat

Atəşi-eşqə yanan aşiqi-möhnətzədəyəTutmağa səbr ətəyin nəhci-hüdadır Məşkat

Oda bənzər dəhanından uzadıb dil söylər,Eşqə maildir o bir nari-bəladır Məşkat

Büti-zərpuş şərəfdar billurin əndam,Şö'ləgər nəxvətəsər şahi-Sinadır Məşkat

Yanmağın şikvəsini elədi Məhzun bir şəb,Dedi: səbr elə ki, ol məndə dutadır Məşkat

Случайное стихотворение

Стихи других поэтов · О любви