Qəvvas cumub dəryalara a dalsın,Nabələd kənarda, a qalanmasın.Mərd iyidlər çörək versin, ad alsın,Namərdə güvənib ağalanmasın.

Keçib üç yüz otuz ay sənəm indi,Şölələnib gündə, ay sənəm indi.Yar desə: ləbimdən, ay sən əm indi,Nə ki xəstə həsrət, a qalanmasın.

Qurban qüdrət eldə yada saldı yar,Təbib sənsən, aç yaramı saldiyar.Hər kim səni məndən ayrı saldı yar,Öləndə beş ərşin ağ alanmasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке