Qaldım
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldımSevdiyimin sevdası getməz başımdan,Ağızda söylənən dillərdə qaldım
Bir kimsəm yox, soruşub halımı bilə,Ağlayan gözümün yaşını silə,Qorxuram ki düşmənlər üstümə gülə,Hayıf olsun bu dəmdə ellərdə qaldım
Görürmü Mövlam bu əsli xanı,Yoluna qurban qoymuşam bu canı,Tərk eylədim qövm və qardaş vətəni,Dağlarda daşlarda çöllərdə qaldım
Dərdli Məhəmməd aydır, olamaz oldum,Ağlayan gözümü siləməz oldum,Yalançı dünyada güləməz oldum,Göz yaşımdan yığışan göllərdə qaldım
Kitabxana.az · https://kitabxana.az/ru/works/derdli-mehemmed-qaldim
Стихи других поэтов · О разлуке
Yenə düşdün yadıma sən,Su çilədin oduma sən.
AğlaramBir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd