Həsrət
Qaqqıldaşıb, gülüşənlər,Mən çəkirəm nalə, həsrət.Qəmnən bağrımı deşənlər,İstər canım ala həsrət.
Yara yoncuyub, yalvaram,Bəlkə bu dərddən qurtaram.Şan üstündən sızıldaram,Necə zənbur bala həsrət.
Gəl, pünhan deyib-danışaq,Küsdürübsən, bir barışaq.Titrər buxaq, bədən yumşaq,Etdim bu xəyala həsrət.
Durna telli, quş avazlar,Qatarlanıb quba-qazlar.İnsaf edin gəlin-qızlar,Qurban, çək dal-dala həsrət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-hesret
Клавиши ← → для перехода, R — случайное стихотворение