Ana, billah dura bilməm,Mən bağrı daş, halal eylə.Yardan ayrı didələrim,Tökür qan-yaş, halal eylə.

Qəm məni odlandıracaq,Canımdan usandıracaq.Axır bir gün yandıracaq,Məni atəş, halal eylə.

Qurbanam, qəm qəddim əyib,Sinəmə hicran ox dəyib.Əmi, dayı, dost-müsahib,Qohum-qardaş, halal eylə.Göyçə mahalı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке