Tərlandı baxışın, gözün can alan,De çək caynağına, di darə məni.Hərdən şölələnir o gül camalın,Tel deyir şanəyə: di darə məni.

Zülflərintək olmaz əqrəb, nə də mar,Çalmaq üçün yoxlayırsan nə damar?Qaşqabaqdan qəhr-zəhri, nə damar?Öldür, qoyma həsrət didarə məni.

Yar, gərdənin ər-ər kimi minalə,Bülbülə gül neylər olsa min nalə,Bir canım var, qəmzən istər minalə,Qurbanam, çəkdirmə di darə, məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви