Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.

Könül az qaldi çak olsun, küdurətdən həlak olsun,Götür peymanə, pak olsun, bu dəm manəndi-ayinə.

Gözün qurbani, peydərpey, götür məstanə cami-mey,Yetişsin nəreyi - "hey-hey" fələkdən mahü pərvinə.

Bilurin cam ilə şişə, götür bəzm içrə gərdişə,Dəxi naz eyləmə pişə, məni-məhzuni-miskinə.

Gərəkdür bu dili-giryan, ola Yəqub tək xəndan,Deyillər Yusifi-Kənan, gəlib Təbriz şəhrinə.

Dutan şöhrətdə əyyami, verən yəğmayə arami,Onun zülfi-siyəhfami, bəladur bu dilü dinə.

Baxan bu arizi-alə, düşər bir özgə əhvalə,Deyər: - Nəqqaşə bax, lalə çəkibdür bərgi-nəsrinə.

Səba çün sünbülü reyhan, edəndə zülfini əfşan,Dönər bu səfheyi-İran, diyari-Çinü Macinə.

O şuxun çeşmi-laçini, edər seyd ahuyi-Çini,Xəraci-Çinü Maçini, salubdur bircə maçinə.

Səbu başini məclisdə, müğənni qoydu tar üstə,Dedi ahəstə-ahəstə nigar adin bu qəmginə.

Макта — последний бейт с тахаллусом поэта. De bir türki qəzəl, Raci, oxusun bu gözəl,Raci,Bələd olsun əzəl Raci, rümuzi-eşq dərdinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви