Nə qədər sən kimi bir qönçədəhanım yox idi,Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.

Tutiyayi-xəti can nəqdinə alseydim əgər,Ey gözüm, bil ki, bu sevdada ziyanım yox idi.

Yarə rəmz ilə hamı dərdimi bildirdüm mən,Kəşfi-raz etməgə hərçənd zəbanım yox idi.

Səri-kuyin mənə dünyadə əta eylədi Həqq,Çünki üqbadə mənim meyli-cinanım yox idi.

Gördi pürsuz ilə yandı bu gecə halimə şəm,Çünki bir şəm kimi canı yananım yox idi.

Neməti-vəslüvə sod şükr yetişdüm birənc,Mənim öz taleyimə hiç gümanım yox idi.

Макта — последний бейт с тахаллусом поэта. Raci, yazdum qala məndən bu qəzəl namü nişan,Çünki aləmdə mənim namü nişanım yox idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов