Şahinə nə qaynaq çalar qarğalar,Nəzər sal qadında həyayə, hey-hey.Qış qəhr etsə yağar dərin, qar qalar,Yaz gələr, sel axar, həyayə hey-hey.

Adı həzar: yekdi, təkdi sinasən,Ərşi, yeri, xəlq elədi sinasən.Həzər ilə dəyə səngə sinasən,Gələr sin içində həyayə hey-hey.

Təcnis, təxnis nə kar edər, nə də sər,Nə alçaqdı, nə alidi, nə də sər.Əli deyər: nə əyləşər, nə də sər,Nə qərəz, nə çəkər həyayə hey-hey.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов