Nə qala sən-sən
Səhərdən şikara çıxsan səhraya,Nə yetiş qəzaya, nə qala, sən-sən.İrast at xədəngin səhnii-sinayə,Qeyznən, qəhrinən nə qala, sən-sən.
Zəhrin nə şirindi - dağıdan dağı,Kəci nagahandır dağıdan dağı.Keçirdin sinədən, dağıdan dağı,Çıxarsan səngini, nə qala, sən-sən.
Qurban, de taleyin qaralar indi,Gədikləri kəsər, qar alar indi.Can yanar eşqindən, qaralar indi,Nə sal atəşlərə, nə qala sən-sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-ne-qala-sen-sen
Клавиши ← → для перехода, R — случайное стихотворение